Cəmiyyət

Qripdən qorunmanın yolları

22 Avqust 2017 08:11
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qripdən qorunmanın yolu qidalanma və gigiyenadan keçir. 3 gündən çox davam edən hərarət və qusmalarda isə həkimə müraciət etmək lazımdır. (radikal)

Dr. Gürkan Yurteri bildirir ki, soyuqlama ilə qripi ayırd etmək lazımdır. "Soyuqdəymə, yavaş-yavaş inkişaf edən halsızlıq, asqıraq, burun axması, boğaz ağrısı və ösgürəklə başlayır. Qrip isə birdən ortaya çıxır. İnsan səhər işə gedərkən yaxşı olduğu halda, 3-6 saat içində birdən üşümə, həddindən artıq halsızlıq, yorğunluq, hərarət yüksəlməsi ola bilər. Bədən və baş ağrısı, xüsusilə sinədə ağrı hiss edə və bəzən də quru öskürək də müşahidə edə bilər", - deyə o bildirib.
Qripi müalicə etdikdə 1 həftə, müalicə etmədikdə isə yeddi gündən artıq davam edər fikri daha çox yayılmışdır. Ancaq ortalama bir həftə davam edən qrip, ürək çatışmazlığı, ağciyər xəstəlikləri kimi əvvəldən başqa xəstəlikləri olan adamda isə, daha uzun və ağır müşahidə edilə bilər. Xəstə 3 gündən çox müddətlə hərarət, tənəffüs çətinliyi, ciddi qusmalar səbəbiylə qidalanma və maye qəbul etmədə çətinliklər çəkərsə, gecikmədən həkimə müraciət etmək lazımdır.

2 portağalın suyu kifayətdir

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qripdən qorunmaq tez-tez əl yumaq və balanslı qulluqla mümkündür. Ayrıca bədənin immunitet sistemini gücləndirmək üçün, bol-bol maye qəbul etmək, mövsümünə görə tərəvəz, meyvə yemək tövsiyə ediləndir.
Bəhməz, bal kimi təbii qidalardan faydalanmaq, xüsusilə qışda təbii bir antibiotik olan turpu bol-bol yemək faydalıdır. Vitamin həbi istifadə etmək yerinə, gündə 2 ədəd portağalın suyunu içmək "C" vitamini qəbul etmənin ən təbii yoludur. Ancaq "C" vitamininin çoxu bədəndə yığılaraq sağlamlıq problemi yarada bilər.

Davamlı öskürək

Qrip keçsə belə, virus hava yollarını həssaslaşdırdığı üçün sonrasında inadkar bir öskürək buraxa bilər. Xəstə hava quruluğu və tozdan asan təsirlənərək öskürür. Bu səbəblə qripin təsirləri tamamilə ortadan qalxana qədər istirahət etməli və özünəqulluğa diqqət göstərilməlidir.

Antibiotiklər

Qripdə antibiotik istifadəsi müalicədə ən son ağla gəlməsi lazım olan şeydir. Ancaq həkim tövsiyə etsə, qəbul edilə bilər.

"C" vitamini

Həkimlə məsləhətləşmədən hər gün "C" vitamini qəbul etmək qripin qarşısını ala bilməz. Bu vəziyyət zaman keçdikcə bədəndə təhlükə də yarada bilər.

Əllərə diqqət

Əlləri tez-tez və qaydasına uyğun yumaq virus yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Əl yuyarkən maye sabun, qurulayarkən kağız dəsmal istifadə edilməlidir.

İş başına nə vaxt qayıtmalıyıq?

Xəstə evdə istirahət edərək, bol-bol su və maye qəbul etməli və balanslı qidalanamalıdır. Bundan başqa, həkimin tövsiyə etdiyi qrip müalicəsinə vaxt itirmədən başlamalı və xəstə ancaq hərarəti düşdükdən bir gün sonra işə dönməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.