Cəmiyyət

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 5 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

16 Avqust 2017 19:41
10 Şərh     Baxış: 12 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:41

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 5 yaralı 

---------

15:02

Xəbər verdiyimiz kimi, avqustun 16-da səhər saat 6 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verən ağır avtonəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Astara rayonu istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi "Mercedes" avtomaşınla Ələt istiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomaşın toqquşub. Qəza nəticəsində "VAZ"-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alanlar-Astara rayon sakini, "Mercedes"in sürücüsü, 33 yaşlı Rüstəm Süleymanov, sərnişinlər - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, "VAZ"-ın sərnişinləri Elməddin Əlizadə Facir Mahir oğlu təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan iki nəfəri dərhal əməliyyata götürülüb. Onlardan biri - Facir Mahir oğlunun vəziyyəti ağır olaraq qalır.
Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan "VAZ"-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Baş vermiş ağır avtonəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən sürücülərdən biri onu vurub və idarəetməni itirərək digər avtomaşına çırpılıb.

----------

08:24

Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan 5 şəxsdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib. Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü Süleymanov Rüstəm Tarif oğlu ("Mercedes"in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.      
 
Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən "Mercedes"in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra "VAZ"a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.   
 
---------

06.24

Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
 
Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir. Ətraflı məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.