Cəmiyyət

Bakıda kütləvi dava: iş yoldaşlarını döydülər - VİDEO - FOTO

15 Avqust 2017 21:32
0 Şərh     Baxış: 2 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kütləvi dava olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Belə ki, Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kütləvi dava

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.