Cəmiyyət

Heç kəsə demə ki, atımı necə oğurladın...

20 Avqust 2017 23:40
39 Şərh     Baxış: 3 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir kişinin gözəl bir atı var idi ki, hamı ona malik olmağı arzu edirdi. Səhrada yaşayan bir ərəb təklif edir ki, iki dəvəsini versin və o ata dəyişdirsin,  ancaq o kişi qəbul etmir.

Səhrada yaşayan bu ərəb vəziyyəti belə görəndə düşünür ki, gərək hiyləyə əl atsın. Bir gün özünü dilənçi və xəstə halına salıb, küçənin bir tərəfində uzanır və bilir ki, həmin kişi atı ilə buradan keçəcəkdir. Atlı gəlir və onu bu halda görəndə, ürəyi yanır. Ona deyir ki, gəl səni həkimə aparım.
Səhrada yaşayan ərəb deyir: "Mən günlərdir ki, heç nə yeməmişəm. Ona görə də yeriməyə taqətim yoxdur və gedə bilməyəcəyəm".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, atın sahibi onu atına mindirir. Elə ki, ərəb ata minir, onu vurub çapmağa başlayır.
Atın sahibi başa düşür ki, onu aldadıblar və qışqırmağa başlayır: "Səbir et, sənə bir şey demək istəyirəm".
Səhra ərəbi dayanır və atın sahibi deyir: "Sən mənim atımı oğurlamısan və mənim əlimdəm bir şey gəlmir. Ona görə də mənim bir xahişimi yerinə yetir. Heç kəsə demə ki, məni necə aldatmısan". (Tebyan)
Səhra ərəbi deyir: "Niyə bu işi görməliyəm ki?".
Atın sahibi deyir: "Çünki ola bilsin ki, bir gün dilənçinin biri bu küçədə əyləşsin və əgər bu əhvalatı camaat eşitsə, ona heç kəs yardım etməyəcəkdir".
Ona görə də İmam Sadiq (ə) buyurur: "Ey Əhli-Beyt (ə) davamçısı! Bizim zinətimiz olun, nəinki abırımızın tökülməsinə və məzəmmət olunmağımıza səbəb olun. İnsanlarla xoşluqla danışın, dilinizi saxlayın. Onu çox danışmaqda və pis söz deməkdən saxlayın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.