Cəmiyyət

Qiblənin istiqamətini bilməyən adam namazı hansı tərəfə qılmalıdır?

19 Avqust 2017 08:45
1 Şərh     Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namaz qibləyə sarı qılınmalıdır və qəsdən qibləyə sarı qılınmayan namaz batildir. İnsan qiblənin istiqamətini öyrənmək üçün hər mümkün vasitədən istifadə etməlidir. Soruşmağa adam yoxdursa, coğrafi şəraitə (Günəşin yeri, gecə ulduzların vəziyyəti, ağac gövdələrinin vəziyyəti və s.) uyğun olaraq qibləni tapmağa çalışmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, yaxınlıqda yerləşən binalardan, müsəlman qəbiristanlığındakı qəbirlərin vəziyyətindən də bunu ayırd edə bilər. Əgər iki istiqamətdən birinin qiblə olduğunu bilsə, amma ikisindən birini seçməyə əsası olmasa, hər iki istiqamətə namaz qılmalıdır. Əgər qibləni tanımaq üçün heç bir yardımı olmasa, o halda ixtiyari tərəfə namaz qıla bilər. Amma əgər vaxt imkan verirsə (yəni namazın vaxtı bitməyibsə) eyni namazı dörd istiqamətə qılması daha yaxşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.