Cəmiyyət

Zərih nədir?

19 Avqust 2017 08:05
0 Şərh     Baxış: 2 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs ziyarətgahlarda məzarların üzərində qurulmuş metal və ya taxta məhəccərə zərih deyilir. (Bəzən bilməyərəkdən "zireh" deyirlər).

Milli.Az islam.az-a istinadən bildirir ki, zərih ziyarətə gələnlərlə məzar arasında maneə yaratmaq və izdihamın çoxluğundan məzara ziyan dəyməsinin qarşısını almaq məqsədi ilə quraşdırılır. Məsum imamların zərihi adətən gümüşdən olur. İmamzadələrin və övliyaların qəbri üzərində metal və taxta zərih qoyurlar. Zərihin üzərində müxtəlif həndəsi və nəbati naxışlar, eləcə də, dini yazılar həkk edilir. Zərihlərin bəzək işlərində qızıl və gümüş suyundan istifadə olunur. Müqəddəs ziyarətgahlardakı zərihlər əsl sənət əsəri sayılır. Zəvvarlar zərihin məhəccərinin arasından içəriyə baxır, bəzən içəriyə nəzir atırlar. Təbərrük məqsədilə zərihə əl sürtmək və onu öpmək olar, bu iş günah deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.