Cəmiyyət

Stress yaddaşı yaxşılaşdırır?

19 Avqust 2017 08:59
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmiyyətdə stresə psixika və fiziologiyaya ziyanlı bir amil kimi yanaşılır: stress depressiyaya səbəb olur,piylənməyə səbəb olur və s. Lakin Berklidə (ABŞ) Kaliforniya universitetinin tədqiqatçılarının rəyinə görə stress fayda gətirə bilər, sadəcə hər şey onun hansı dozada olmasından asılıdır.Stress ümumiyyətlə qoruyucu və adaptiv reaksiyadır: əgər heyvan xoşagəlməz situasiyaya düşərsə, stress hormonları orqanizmin rezervlərini bir yerə toplayır ki, bu hallarla mübarizə apara bilsin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan başqa, heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, stress zamanı heyvan baş vermiş hərəkət sxemini yadda saxlayır, və əgər həmin hal baş verərsə(məsələn, başqasının ərazisinə gedərkən əgər sahibilə qarşılaşarsa), onda stress bu halda güclü olmayacaq-çünki necə hərəkət etmək anlayışı artıq keçən dəfədən yadda qalmışdır. Aydın məsələdir ki, əgər individuum stresin hərəkət sxemini yadda saxlaya bilirsə, demək stress yaddaşa təsir göstərir. Məməlilərin əsas yaddaş mərkəzi- qippokampdır, və tədqiqatçılar yoxlamaq istəyirlər ki, stress beynin bu hissəsinin neyronlarına necə təsir göstərir. Məlum olmuşdur ki, stress nə az, nə çox yeni sinir hüceyrələrinin yaranmasını stimullaşdırır. Stressdən sonra heyvanlar aparılan yaddaş testlərində daha yaxşı nəticələr göstərmişlər. Tədqiqatçılar bunun məhz yeni yaranan hüceyrələrin hesabına olmasını qeyd edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.