Cəmiyyət

Qərb sivilizasiyasını nə məhv edir?

19 Avqust 2017 08:51
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The American Journal of Medicine" jurnalında dərc olunmuş tədqiqatın nəticələrinə əsasən yüksək yağ və şəkər tərkibli tipik qərb diyetası insanların vaxtından tez həyatına son qoyur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ən təhlükəli qidalar kimi ağ çörək, qırmızı ət, yağ, qaymaq və şirniyyatlar göstərilib.Tədqiqat müəllifləri Böyük Britaniyanın müqavilə şərtlərinə əsasən mütəmadi olaraq tibbi müayinədən keçən 5 mindən çox dövlət qulluqçusunun sağlamlıq durumunu analiz ediblər.(Daily Mail)

" Diyetanın bu və ya digər xəstəliklərin inkişafına təsir riski kifayət qədər yaxşı öyrənilmişdir - deyə Fransanın Milli Tibb institutundan olan tədqiqat qrupunun rəhbəri doktor Tasnime Akbaral bildirmişdir. - Belə ki, yaşlı dönəmdə diyetanın ümumi sağlamlıq durumuna təsirini heç kəs öyrənməmişdir.
Qərbi diyetanın tərəfdarları arasında riayət edənlərdən yalnız 4% -i qocalıq dönəminə ideal sağlamlığı saxlaya bilmişdilər. Üçdə bir hissəsində kiçik çatışmazlıqlar var idi ki, prinsipcə sağlamlıqları normal hesab edilirdi. Qalanları isə bu və ya digər xəstəliklərdən, əsasən də ürək xəstəliklərindən əziyyət çəkirlər. Tədqiqatçılar belə nəticəyə gəlmişdilər ki, qərb diyetasının həvəskarları özlərində ürək-damar xəstəliklərindən ölüm riskini artıraraq, "ideal qocalıq" sevincindən məhrum olurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.