Cəmiyyət

Uşaqlarda immuniteti necə möhkəmləndirək?

17 Avqust 2017 08:59
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günün rejiminə riayət etməli. İmmun və vegetativ sinir sisteminin düzgün formalaşdılıması üçün yuxu və oyaq qalma rejiminə ciddi riayət etmək vacibdir. Körpələr üçün günorta yuxusu mütləqdir.

Təmiz hava. Əgər evdən çıxmaq imkanı yoxdursa, gün ərzində otaqların havasını tez-tez dəyişin. Lakin unutmayın ki, uşaq gün ərzində 2 saatdan az olmayaraq təmiz havada olmalıdır. Havada olarkən nəzərə almaq lazımdır ki, uşağı çox bürümək lazım deyil: geyim havaya və uşağın aktivlik səviyyəsinə uyğun olmalıdır .
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ağız, burun boşluğu və boğazın gigiyenası. Bir çox infeksiyalar orqanizmə ağız və yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Buna görə də ağız, burun boşluğu və boğazın gündəlik gigiyenası vərdişə çevrilməlidir. Hər gün 2 dəfə dişlər fırçalanmalı, burun təbii dəniz suyu ilə yuyulmalı, boğazı isə  uşağın yemək rasionuna dondurma  və sərin içkilər daxil etməklə möhkəmləndirməli - əlbəttə ki, bu, tədricən, həddi gözləmək şərtilə olmalıdır.
Rasional qidalanma - 3 yaşından sonra uşağın yemək rasionunda süd məhsulları, kifayət qədər bitki tərkibli - meyvə, tərəvəz, giləmeyvə, göyərti, dənli bitkilər tərkibli qidaların olması vacibdir. Bu, düzgün həzmetmə və bağırsaqların sağlam mikroflorası üçün mühümdür ki, immunitetə birbaşa təsiri var. Bununla yanaşı, normal mikrofloranı saxlamaq üçün pektin və probiotiklər də vacibdir. Bu maddələr soğan, sarımsaq, alma, gavalı, banan və sitrus meyvələrinin tərkibində olur. Həmçinin, dəniz məhsullarının tərkibi orqanizmin möhkəmlənməsinə təsir göstərən faydalı vitamin və maddələrlə zəngin olduğundan, həftədə 2 dəfə uşağın yemək rasionuna daxil edilməlidir.
Su və təbii şirələr - sutka ərzində uşaq 1 litrdən az olmayaraq maye qəbul etməlidir. Vacibdir ki, bu mayenin hec olmasa yarısını adi su təşkil etsin. Amma  bununla yanaşı, vitamin və mikroelementlər mənbəyi olan təbii şirələri də unutmamalı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.