Cəmiyyət

Görməni necə yaxşılaşdıraq?

17 Avqust 2017 08:41
0 Şərh     Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqanizmimizin sağlam olması üçün hər zaman vitaminlərə ehtiyacı vardır. O cümlədən, görməmizin yaxşı və ya pis olması, bəzi halları çıxmaq şərtilə, bilavasitə müəyyən vitaminlərin olub-olmamasından asılıdır.

Bu baxımdan, məqsədəuyğundur ki, görməyə müsbət təsir göstərən vitaminləri nəzərdən keçirək.
Vitamin A - bu vitamin çatışmazlığı insan orqanizmində görmənin zəifləməsinə və gecə korluğunun yaranmasına səbəb olur. Bu vitaminin qəbulu görmə zəifləməsinin qarşısını alır, həmçinin bir çox göz xəstəliklərinin müalicəsi zamanı effektlidir. Orqanizmi A vitamini ilə zənginləşdirmək üçün yerkökü, balqabaq, tomat, şirin bibər, kələm, ispanaq, lobya, yaşıl noxud, balıq yağı, süd,kərə yağı,qaraciyər və s. istifadə edin .
Vitamin B2 - Gözün tor qişasını ultrabənövşəyi şüaların zərərli təsirlərindən  qoruyur. Milli.Az deyerler.org-a istinadən bildirir ki, gözün normal fəaliyyətini tənzimləyir. B2 vitamini - qaraciyər, yumurta, süd və süd məhsulları, maya, paxlalılar, kələm, ispanaq, sarımsaq, pomidor, itburnu, ərik və s.bu kimi qidaların tərkibində kifayət qədərdir.
Vitamin B5 - Görmə zəifləməsinin qarşısını alır, insan orqanizmində maddələr mübadiləsinə təsir göstərir. Orqanizmi B5 vitamini ilə təmin etmək üçün süd məhsulları, ət, qaraciyər, balıq, yumurta, lobya, noxud, göbələk, paxlalı bitkilər, gül kələmi, çuğundur, sarımsaq və s. istifadə edin.
İti görməni təmin edən vitaminlərdən biri də S vitaminidir ki, göyərti, kələm, qarağat, çaytikanı, sarımsaq, pomidor, itburnu, sitrus meyvələri, kivi və s. tərkibində zəngindir. S vitamini həmçinin immuniteti gücləndirir. Qaragilənin də tərkibi S vitamini ilə zəngindir Qaragilə görməyə müsbət təsir göstərən müalicəvi xüsusiyyətlərə malikdir, göz damarlarının arxa divarını möhkəmləndirir, görməni yaxşılaşdırır.
D vitamini isə konyuktivitin müalicəsində kömək edir. D vitamini günəş şüaları vasitəsilə yaranır, həmçinin balıq, balıq yağı, süd və sarımsaqda olur.
Bunlarla yanaşı, orqanizmin oksigenlə təminini gücləndirən E vitamini  və təzyiqi tənzimləyən kaliumun da görməyə müsbət təsirləri vardır. Yumurta, bitki yağları, kələm, brokkoli, ispanaq, paxlalılar, göyərti, sarımsaq,kartof və s. istifadə etməklə orqanizminizi  E vitamini və kalium ilə təmin edə bilərsiniz.
Buna görə də qida rasionunu elə təşkil etmək lazımdır ki, hər gün maksimum vitaminlərə malik olaq. Mütəxəssislərin tədqiqatlarına əsasən təbii vitaminlər apteklərdə alınanlardan daha yaxşı mənimsənilir.
Elə isə düzgün qidalanaq və dünyaya daha aydın gözlərlə baxaq!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.