Cəmiyyət

Həddən çox C vitamini böyrəklərdə daş yaradır

17 Avqust 2017 08:11
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç alimləri apardıqları tədqiqat nəticəsində belə qənaətə gəliblər ki, həddən çox C vitamini qəbul edilməsi böyrəklərdə daşların yığılması riskini iki dəfə artırır. Karolina institutu tərəfindən aparılmışç elmi tədqiqatlar bunu söyləməyə əsas verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  alimlər öz ehtimallarını sübuta yetirmək üçün indiyə qədər heç bir zaman böyrək daşından əziyyət çəkməmiş 23 355 nəfərin məlumatlarını toplamağa başlayıblar. Onlara nəzarət 11 il ərzində aparılıb.
Məlumatları təhlil etdikdən sonra alimlər tədqiqat iştirakçılarının 436-sının böyrəyində daşlar aşkarlayıb. Məlum olub ki, qida əlavəsi olaraq C vitaminindan istifadə edilməsi böyrək daşının yaranması riskini iki dəfə artırıb. Belə təhlükə ən çox kişilərdə meydana gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.