Cəmiyyət

Narın müalicəvi xüsusiyyətləri

17 Avqust 2017 07:41
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nar - Punicaceae fəsiləsindəndir. Narın müalicəvi xassəsi eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. İndisə elm adamlarının xüsusilə yüksək antioksigen məzmunu səbəbindən möcüzəvi qida olaraq xarakterizə etdiyi narın bir faydası daha ortaya çıxdı.

Son edilən araşdırmalara görə davamlı olaraq istehlak edilən nar, aclıq hissini azaldır. Araşdırmaya qatılan könüllülərin bir qrupuna üç həftə boyunca qida dəstəyi olaraq həb şəklində nar, bir qrupuna isə yalnız "plasebo" (təsirsiz) dərman verildi.
 
Həb şəklinə olan nar, plasebo istifadəçisinə görə fərqinə varılar şəkildə daha az aclıq hiss etdiyi ortaya çıxdı. Təcrübə müddətində nar qəbul edənlərin, nəzarət qrupuna görə yüzdə 22 adamın daha az yediyi amma yediklərindən daha çox zövq aldığı ifadə edildi.
 
Üç həftəlik təcrübənin sonunda bir stəkan nar suyu içirdiləcək könüllülərə bir qab pomidor souslu makaron verildi. Nar suyu içməyənlər özünü daha ac hiss edərkən, nar suyu içənlərin yüzdə 12-si özünü daha az ac hiss etdiyini, yüzdə 21-i isə daha çox yemək istəmədiyini, yüzdə 16-sı özünü çox tox hiss etdiyini və yüzdə 15-i özünü təmin olmuş hiss etdiyini ifadə etdi. Elm adamları bu araşdırmanı genişləndirəcəklərini bildirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.