Cəmiyyət

"Gəlirdim, polislər saxladı” - Reyd zamanı 45 sürücü cərimələndi - VİDEO - FOTO

14 Avqust 2017 15:51
0 Şərh     Baxış: 1 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi Yol Patrul Xidməti Alayının beşinci tağımı və Şəki Şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları birlikdə reyd keçiriblər.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, reyd Heydər Əliyev prospekti iləSalman Mümtaz küçəsinin və Şəki-Qax yolunun kəsişdiyi dairədə keçirilib.

Sərxoşluğa qarşı keçirilən reyd zamanı sürücülük hüququ olmayan, kəmər taxmayan, o cümlədən etibarnaməsiz avtomobil idarə edən 45 sürücü müəyyən edilərək cərimələnib.

Murad Kərimov - sürücü: "Cərimə kəmərlə bağlı idi. Gəlirdim, polis əməkdaşları saxladı, cərimə yazır indi".

Reydlərin təşkil edilməsi yollarda hərəkətin intensivliyinin təmin olunması, təhlükəsizlik qaydalarına sürücülərin əməl etməsi baxımından əhəmiyyətilidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.