Cəmiyyət

Kim bu surəni oxuyarsa...

17 Avqust 2017 21:45
0 Şərh     Baxış: 2 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fəcr" surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır.

İmam Sadiq (ə) buyurur: ""Fəcr" surəsini vacib və müstəhəb namazlarda qiraət edin. Çünki bu surə İmam Hüseynin (ə) surəsidir. Hər kim bu surəni oxuyarsa Qiyamət günü İmam Hüseynin (ə) dərəcəsində və onunla birlikdə olar". (Tebyan)
Əbu Əsamə nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: "Necə olub ki, bu surə İmam Hüseynə (ə) aid olmuşdur? Buyurur: "Nəfsi mütməinə İmam Hüseyndir (ə)".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Fəcr" surəsini Zilhiccə ayının ilk on günündə oxuyarsa, günahları bağışlanmış olar. Əgər bu əyyamdan qeyrisində oxunarsa, Qiyamət günü nuranilik mənbəyi olar".
Övlad sahibi olmaq. Hər kim bu surəni yazar və özü ilə gəzdirərsə, Allah gözünün nuru olan bir övlad ona nəsib edər.
İlahi pənahda qərar tutmaq. İmam Sadiq (ə) buyurur: "Hər kim gün çıxan zaman "Fəcr" surəsini oxuyarsa, gələn günün gün çıxanına qədər İlahi amanda olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.