Cəmiyyət

Aləmlərin ziyankarı ancaq insandır: nə etməli?

17 Avqust 2017 21:15
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə bitkilərin, nə balıqların və nə də heyvanların həyatı ziyanverən deyildir. Bu aləmdə nə edirlərsə, hamısı mübadilədir. Bu, insandır ki, aləmlərə ziyan vurur, çünki çox vaxt ömrünü boş işlərlə tələf edir.

Allah Təala Quranda əsr vaxtına and içərək buyurur: "And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur'anın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f) İlahi hökümətinin zühur dövrünə) ki, Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir". ("Əsr" 1-2).
Bu dünyada olan bütün canlılar Allahla ticarət edərlər. İnsan ticarətdə ziyan da görə bilər, xeyir də. Bəs xeyir görməsi üçün nə etməlidir? (Erfan)
 
"Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yəni, insan əgər iman gətirərsə və saleh əməl yerinə yetirərsə, o zaman bu ticarətdə xeyir götürə bilər. Ancaq hər bir halda insan ziyan görəndir. Çünki hər an həmin sərmayəsindən itirər. Qiyamət gününü bəzən həsrət günü də adlandırırlar. Çünki bu gündə imanı olmayan və saleh əməl yerinə yetirməyənlər həqiqi həsrət çəkənlər olacaqlar.
Ömürlərini boş işlərə tələf etmiş və nəfsi istəklərinə məğlub olmuşdular.
Möminlər də həsrət çəkərlər və onlar da deyərlər ki, ey kaş, ömrümün hər anından faydalana biləydim.
 
İnsanın zatında iki sifət gizlənmişdir. Biri budur ki, məqsədinə tez çatmaq istəyir və istəyir ki, ticarətdən tez nəticə alsın. O biri isə budur ki, insan təhlükəyə məruz qalmağı sevmir. Bu mənada ki, o yerdə məğlub olacağını görür, ona tərəf getmir. Bunun səbəbi odur ki, insan təbiətdə böyümüşdür və təbiətin şəraitinə uyğunlaşdığı üçün belə olmuşdur. Ona görə də insanlar həmişə təzə yollar axtarmazlar, bəlkə başqalarının getdiyi yolları gedərlər. O insanlar ki, adət olunmuş yolları deyil, yeni yollar ardınca olarlar və başqalarının getmədiyi yollarla gedərlər - onları xoşbəxt adlandırarlar.
 
İnsan elə bir varlıqdır ki, hər bir şəraitdə öz mənfəətini düşünəndir. Ancaq bəzən gördüyü işlərin şər olduğundan qafil olar və ona görə də ziyana düşər.
 
Hər bir halda deyə bilərik ki, bu aləmdə yaşayan canlılar arasında insan ən çox ziyan görəndir. Çünki ömrünü tələf edər və çox zaman puç işlərlə məşğul olar. Lakin qalan canlılar Allahla ticarət etdiyi üçün bu ziyandan uzaq olarlar. Ancaq iman və saleh əməl insanı irəli aparar və həqiqi insan edər. Əks halda isə ziyankarlardan olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.