Cəmiyyət

Yayda eynəklərin diqqətdən qaçırdığımız təhlükəsi

13 Avqust 2017 15:02
0 Şərh     Baxış: 1 453

Yay mövsümündə gün eynəkləri insanların ən çox istifadə etdiyi aksesuarlardan birinə çevrilir.

Yay aylarında küçələrdə Çindən gətirilən ucuz gün eynəkləri ilə bağlı satış lövhələri peyda olur və insanlar bu eynəklərdən almağa böyük həvəs göstərirlər. Ancaq əksəriyyət bu ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil.

Oftalmoloq-cərrah Azər Kərimov imkan daxilində belə ucuz eynəklərdən istifadə etməməyi tövsiyə edir.

Milli.Az xəbər verir ki, A.Kərimov Trend-ə bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdəkindən fərqlidir: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Həmin eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir: "Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Bu eynəklərlə bəzi adamlar deyə bilər ki, hansısa obyekti iki görürəm, bəzi adamlar da deyə bilər ki, ürəyim sıxılır və s. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə ucuz gün eynəklərindən daha çox zərər vurur.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.