Cəmiyyət

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimi keçirilir

13 Avqust 2017 14:12
8 Şərh     Baxış: 2 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir.

Milli.Az xəbər verir ki, Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov azvision.az-a bildirib ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

"Hazırda qırx mərasimi keçirilir. Səhər saatlarında Zəhranın və nənəsinin məzarını ziyarət etdik. İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib".

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.