Cəmiyyət

Azərbaycanda ən çox ölüm halları bu yaş qrupundadır

13 Avqust 2017 12:07
3 Şərh     Baxış: 2 668

Ötən il Azərbaycanda doğulanların sayı 159464-ə, ölənlərin sayı 56648-ə, təbii artım 102816-ya, doğum zamanı ananın orta yaşı isə 25,2-yə bərabər olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, son 5 ilə nisbətən doğum yaşı 0,5 il artıb. Həmin göstərici şəhər yerlərində 26,1, kənd yerlərində isə 24,4 yaş təşkil edib.

2016-cı ildə ölüm halları 75-79 yaşlı sakinlərdə üstünlük təşkil edib (9180 nəfər). Lakin 2014-cü ildən etibarən həmin yaş qrupunda ölüm hallarında azalma müşahidə olunur. Ölüm hallarının ən az rast gəlindiyi yaş qrupu isə yeniyetmələr arasında olub. (10-14 yaş, 174 nəfər).

Son bir neçə ilin statistikasına əsasən, 55-69, 85 və ondan yuxarı yaş qruplarında ölüm halları getdikcə artır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    BB. · 13 Avqust 12:5720

    Təcili pensiya yaşını artırmaq lazımdır.

    Cavab yaz
  • Anonim
    777 · 13 Avqust 13:03190

    Demeli, insalar gûc-bela ile pensiya yasina çatir ve onlar arasinda ölûm hallari da artir. S. Muslûmov ve bezi millet vekilleri ise bunun eksini deyir ve pensiya yasini uzadirlar. Statistika göz qabağindadir. Az yasayanlarin pulu çox yasayanlara verilir. Olmazmi pensiya sevincini hami yasasin?

    Cavab yaz
  • Anonim
    Məmmədhəsən əmi · 13 Avqust 13:0402

    Qaqaşın eynəyi iki nəfərlikdir. Ancaq Elza xanım çimərlikdə vaxtını boş yerə sərf edincə şeirlər yazsa, xalqa daha yaxşı xidmət etmiş olardı. Talantı belə məhv etmək cinayətdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.