Cəmiyyət

Şamaxıda reyd: Gərgin anlar yaşandı - VİDEO

12 Avqust 2017 20:48
0 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisi əməkdaşları Bakı-Şamaxı yolunda reyd keçirib. Yoxlamalar zamanı 40-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub. Polisin "saxla" əmrinə tabe olmayan və çəkiliş qrupuna mane olmağa çalışan sürücülərə də rast gəlinib.

Kimisi polisin "Saxla" əmrinə tabe olmadı. Kimisi isə çəkilişə mane olmağa çalışdı.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Yol Polisi əməkdaşlarının Bakı-Şamaxı yolunda keçirdiyi reyddəndir. Reyd zamanı avtomobilin konsturuksiyasında dəyişiklik edən, sürücülek hüququ olmadan avtomobil iadrə edən, avtomobili texniki baxışdan keçirməyən sürücülərə, eləcə də təhlükəsizlik kəmərindən istfadə etməyən sürücü və sərnişinlərə rast gəlinib. Cərimə borcunu ödəməyən 5 sürücünün avtomobili isə cərimə meydançasına aparılıb. Cərimə borcunu ödəməyən bu sürücü isə maşından düşər-düşməz çəkiliş qrupuna hücum etməyə başladı.
Sərxoşluq müayinəsindən keçirilməsi üçün posta dəvət olunduqda da çəkiliş qrupunu hədələməyə davam etdi.
Hətta, kameraya əl atmaqdan da çəkinmədi. Lakin yoxlama zamanı onun sərxoş olmadığı orta çıxdı.
Reyd zamanı 40-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
ŞAMAXIDA REYD

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.