Cəmiyyət

Azərbaycanda həkim səhvinin daha bir qurbanı: 5 günlük uşaq öldü - YENİLƏNİB - FOTO

12 Avqust 2017 21:33
14 Şərh     Baxış: 4 762

21:33

Lənkəranda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 5 günlük körpə tələf olub. Valideynləri ölümün səbəbini həkim səhlənkarlığı ilə izah edirlər.

Milli.Az "Report"a istinadən bildirir ki, ana olmağa hazırlaşan Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə Zahid qızı müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. K.Vəlişovanın atası "Report"un müxbirinə bildirib ki, qızı xəstəxanaya gətiriləndə problemi olmayıb: "Qızım Masallıda ultrasəs müayinəsindən keçmişdi. Demişdilər ki, doğuş vaxtına qalıb. Təkrar yoxlamadan keçirmək üçün Lənkərana gətirdik. Burda bildirildi ki, ana 36 aylıq hamiləlik dövründədir".

K.Vəlişovanın yaxınları həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Bu gün körpənin ailəsinə ölüm xəbəri verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

20:39

Lənkəranda doğuş zamanı uşaq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində  qeydə alınıb. Masallının Həsənli kənd sakini 1997-ci il təvəllüdlü Kəmalə Vəlişova Lənkəran RMX-da qeysəriyyə yolu ilə əməliyyat olunan zaman körpə ölüb. Ölümün səbəbləri məlum deyil.
 
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

14 Şərh:

  • Anonim
    gunka · 12 Avqust 21:1330

    bu qeder dogusda ana oler?

    Cavab yaz
    • Anonim
      Nuray · 12 Avqust 21:3100

      Körpe rehmete gedib:-(

      Cavab yaz
    • Anonim
      Efqan · 12 Avqust 21:3310

      Bu defe uşaq ölüb , ana yox

      Cavab yaz
  • Anonim
    Adsız · 12 Avqust 21:2800

    Körpe rehmete gedib:-(

    Cavab yaz
  • Anonim
    Nuray · 12 Avqust 21:3000

    Uşaq rehmete gedib allah rehmet elesin:-(

    Cavab yaz
  • Anonim
    Anonim · 12 Avqust 21:5450

    Menim 5il ovladim olmadi hara getdik dedilerki koksen arigla qaynenm de dediki arigla oglumu sonsuz qoyma tesadufen Nusabe efendiyeva nin yanina girdim yoxlandim dedim hekim sizi deyibler gelmisen men nenyim mene komek ele inanin Allaha o demedi arigla aparata girdim dediki piylenmenen yoxdu get yoldasinla 2nize vitamin yazacam Al atin evde qaynenen gulduki ne vitamin ne sakitlestrivi atmiyin biz atdik inanin Allaha Hemin ayi hamile qaldim indi 3usagim var helede qaynenen o hekime alqis elyr men 96kilo 1usagi 120kiloyala 2usagi indi 3usaga hamileyem Sukur hec bakida duzgun hekim azdi

    Cavab yaz
    • Anonim
      Anonime · 13 Avqust 00:2000

      7sayidaki Nuwabe hekim?

      Cavab yaz
    • Anonim
      ........ · 13 Avqust 08:3921

      3 cunu de 140 la dogarsan

      Cavab yaz
      • Anonim
        Gəlin · 13 Avqust 22:0510

        ))))))))))))

        Cavab yaz
  • Anonim
    Nuniş · 12 Avqust 22:5030

    İn şe allah yene evlat sahibi olar .

    Cavab yaz
  • Anonim
    Yuu · 13 Avqust 01:1600

    Amaaaan bele hekim olarmi?Birde ana ozude bilmelidi axi usagi nece heftelikdise

    Cavab yaz
  • Anonim
    saturn · 13 Avqust 10:5900

    allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Mamlyuk · 13 Avqust 12:5320

    Təəccüblüdür ki, Tibb universitetinin rektoru belə dırnaqarası savadlı kadrlar hazırladığına görə məsuliyyət daşımır və vəzifəsindən istefa vermək fikrində deyil. Sanki söhbət onun hazırladığı kadrlardan yox, küçə süpürənlərdən gedir.

    Cavab yaz
  • Anonim
    Anonim den..... Ye · 13 Avqust 17:0801

    Beli Nusabe hekim.......... Ye esas odu ovladim Sag salamat olsun 140_lada 150de olsa raziyam Allah hamiya ovlad qismet elesin Cox sevinirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.