Cəmiyyət

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlandı

12 Avqust 2017 07:39
4 Şərh     Baxış: 2 291

Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaqdır.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esqin · 12 Avqust 14:0210

    bu nece dogrudu ki qabilyyet imtahanindan kecdiyi halda kecid balini yukselderek abituryenti kesesiniz

    Cavab yaz
  • Anonim
    Esqin · 12 Avqust 14:0710

    eger kecid bali qalxacaqdisa ne ucun abituriyent qabilliyyet imtahani verir?bu nw derecede duzgundu?cox xahis edirem menim suallarimi cavablandirasiniz

    Cavab yaz
    • Anonim
      anonim · 13 Avqust 15:1600

      Sìz neçe bal yiģmişdiz?

      Cavab yaz
  • Anonim
    anonim · 13 Avqust 00:4000

    MENÌM OĞLUM DA QABÌLÌYYETDEN KEÇDÌ ÌNDÌ MESAJ GELDÌ KÌ QEBUL OLUNMAYIB 1 BALI ÇATMIR,BUNU NECE BAŞA DŪŠEK????BU QEDER EZÌYYETÌMÌZÌ NÌYE PUÇ ETDÌNÌZ???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.