Cəmiyyət

Ailəmizə diqqət edək

12 Avqust 2017 16:50
3 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər insan bir ailə içində dünyaya gəlir. İnsanın inkişaf edib yetişməsində, həyata hazırlanmasında ailənin əhəmiyyəti düşünüldüyündən daha çoxdur.

Deyilə bilər ki, insanın sağlam şəkildə böyüməsi ilə uyğun bir təlim və tərbiyə qazanması bir az da ailə quruluşuna bağlıdır.İnsan üçün ailənin əhəmiyyəti nə qədər böyükdürsə, ailə üçün də sevgi və hörmət şəraitinin əhəmiyyəti bir o qədər böyükdür.

Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, çünki sevgi və hörmətin olmadığı şəraitlərdə ailənin varlığını qoruya bilməsi mümükün olmaz.Sevgi və hörmət insanın sahib ola biləcəyi ən gözəl duyğulardır. İnsanları sevməsini və onlara hörmət edilməsini bilən insanlar başqaları tərəfindən sevilib hörmət edilməyə haqq qazanırlar. Bu səbəbdən sevgi və hörmət insanı insan kimi yaşadan iki xüsusiyyətdir. İnsanın qurduğu hər cür könül birlikləri ancaq sevgi və hörmət sayəsində davam edə bilər. Bir araya gələn iki insandan biri digərini sevməz və hörmət etməzsə, bu insanlar dərhal ayrılmaq məcburiyyətində qalırlar. Bu ən açıq şəkildə ailədə görülür
İnsan üçün ən təsirli olan davranış qəlibləri ailə içində qazandıqlarıdır. Ailə tərbiyəsi almamış insan bu əksikliyini həyatının sonuna qədər hiss edər. Çünki ailədən alınan tərbiyənin izləri insan həyatının  sonuna qədər davam edər. İnsana ailəsindən daha güclü təsir edən başqa bir durum yox kimidir.
Ailə, insan övladının həyatda qalmasını təmin edir, nəslin davam etməsinə xidmət edir. İnsan doğulduğu gündən etibarən qorunmağa və bəslənməyə ehtiyac duyur. Ehtiyac duyduğu bu qorunma və bəslənmə olmadan, insan övladının inkişafını tamamlaması mümkün deyildir. Yəni insanın sağlam bir şəkildə inkişaf etməsi üçün lazımı himayə və bəslənmə ən yaxşı şəkildə ailə içində mümkün olur.   
İnsan üçün lazım olduğunu söylədiyimiz himayə və bəslənmə, sadəcə qarnının doyurulması, susayınca suyunun içirilməsindən ibarət deyildir. Bunlar insanların maddi ehtiyaclarıdır və ailə xaricində də qarşılana bilər. İnsanın qarşılanması lazım olan çörək və su qədər vacib başqa ehtiyacları da vardır. Bunlara ruhi və mənəvi ehtiyaclar deyilir. Ruhi ehtiyacları zamanında qarşılanmamış uşaqlar, böyüdükdə davranış qaydalarında pozğunluqlar görsənir.
Yəni insanın ruhi ehtiyaclarının başında sevmək və sevilmək ehtiyacı gəlir. Uşaqlığında ana sevgisini, ata şəfqətini və qardaş həmrəyliyini yaşamamış insanlar içlərində hər zaman bir çox şeylərin əksikliyini hiss edəcəklər.
Qadın və kişinin bir araya gəlməsi ilə əmələ gələn primitiv birliklə ailənin fərqinin bilinməsi lazımdır. Çünki qadın ilə kişinin bir arada olmaları hər zaman ailənin əmələ gəlməsi üçün kifayət deyildir. Ailə nə qupquru bir  təşkilat, nə də sadə bir bərabərlikdir. Bütün bunların o biri tərəfində ailə bir sevgi ocağı və şəfqət  yumağıdır. Ailənin təməli olan bu sevgi və şəfqət duyğularının qaynağında isə nikah durur. Çünki danışdığımız mənada ailə ancaq qadın ilə kişinin nikahlanması ilə qurulmaqdadır.
Nikah qadın ilə kişinin öz istəkləriylə aldıqları bir qərarla olur. Bu qərar iki insanın həyatda qarşılaşacaqları hər cür nəşə, kədər, uğur və uğursuzluğa ortaq olma qərarıdır. Nikah qadın ilə kişi arasında böyük bir sevgi və hörmət bağının əmələ gəlməsinə səbəb olur. Qurani Kərimin  Rum surəsində Uca Allah belə buyurur: "(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız. Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.  Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!(Ər-Rum, 19-21)
Göründüyü kimi, həyat yoldaşları arasındakı sevgi və mərhəmət bağlarının əmələ gəlməsinin ilkin şərti, nikahdır. Rəsulullah (s.a.v) nikah haqqında belə buyurmuşdur: "Nikah mənim sünnətimdir. Sünnətimdən üz çevirən məndən deyildir." Bu hədisdə Rəsulullah (s.a.v) bir tərəfdən, ailə yuvasının ancaq nikah ilə qurula biləcəyini, digər tərəfdən də, nikahsız bərabərliklərin şəriətlə qəti surətdə xoş qarşılanmadığını çox dəqiqliklə dilə gətirmişdir.
Məhz bu baxımdan ailədə ana və ata arasında əmələ gələn bu sevgi və hörmət şəraitində böyüyən uşaq həm bədəncə, həm də ruhən inkişafını sağlam bir şəkildə tamamlayır. Biz həm fərd, həm də cəmiyyət olaraq ailəyə möhtacıq. Ailə  həm tək insan fərdi üçün, həm də cəmiyyət üçün qaçınılmaz bir təşkilat olaraq görülməkdədir. Bu səbəbdən ailənin ortadan qalxması, həm fərdi,  həm cəmiyyəti pərişan edir.
Cəmiyyəti ayaqda tutan ailə,  ailəni ayaqda tutan da ailə üzvləri arasındakı sevgidir. Şəxslər arasında sevgi olmadığı təqdirdə, ailənin dağılması qaçınılmaz bir hal alır. Ana ilə uşağı, ata ilə həyat yoldaşı və uşaqları arasındakı sevgi bağları qüvvətli olduğu müddətcə insan güclü,  xoşbəxt və ümidli olur. Belə ki, ümid və yaşayış sevinci ilə dolu insanlardan əmələ gələn cəmiyyət də nümunəvi bir cəmiyyət halına gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.