Cəmiyyət

Oğlumuz qatil olmasın deyə...

11 Avqust 2017 11:39
45 Şərh     Baxış: 2 332

Bir neçə gün əvvəl 2 yaş 4 aylıq oğlum oyun oynayırdı, mən də sakitcə onu müşahidə edirdim. Gördüm ki, kuklalarını çimizdirir, sonra da sudan çıxarır, öpüb yerə qoyur. Sevindim, çox sevindim. Bütün çabam bundan ötrüdür, onun ürəyinin sevgiylə döyünməsi, insanlara qucaq açması, onları sevməsi, öpməsi... Böyüyüb yaşa dolanda övladımın içində zorakı bir insan görmək istəmirəm.

Ona görə də mən onu qucaqlayıram, o da kuklalarını. Bu, onun üçün balaca insanlardır, insan maketidir.

O, bağçaya gedən gündən hər çıxışımızda dayələrdən "Kimsə onu vurubmu?" deyə yox, "Ucal heç kimi vurmayıb ki?" deyə soruşmuşam. "Kim səni vursa, sən də onu vur" deməmişəm. Qorxuram, övladımın içində zorakı bir insan yetişməsindən qorxuram.

Onu ancaq və ancaq sevgisiz insanlardan qorumalı olduğumu düşünürəm. Onun içində sevgi cücərtmək, sevməyi öyrətmək istəyirəm. Əslində, sevməyi öyrətmirlər, sevməyi göstərirlər, sevirlər, o da sevir.

Evdə anası döyülən uşaq, sabah böyüyüb bacısını, arvadını döyür, hələ səbəb tapıb başqa qadınları da döyür. Döyülən uşaq döyür, söyülən uşaq söyür, əzizlənən uşaq əzizləyir, sevilən uşaq sevir. Ən dəhşətlisi isə odur ki, uşaqlığı mənəvi əzablar, fiziki zorakılıq içində keçən uşaqlar bunun qisasını bir gün hökmən alır. Bir yad qızından, yad oğlundan olsa belə, alır. Şüur altında onlar həmişə bu zorlama aktını həyata keçirirlər, bunun arzusuyla yaşayırlar, bu "həzzi" yaşayacaqları günü gözləyirlər.

Həmişə deyirəm, həyatda ən qorxduğum şey zorlanmaqdır; mənən zorlanmaq, ruhən zorlanmaq, cismən zorlanmaq... Heç cür beynimə sığışdıra bilmirəm, bir, iki, üç "kişi" bir qadını zorlayır və bundan həzz alır. Təsəvvür edirsiniz, bu insanların həzz anlayışı bundan ibarətdir. Çünki onlar da sevgisiz bir ailənin məhsuludur, onların dünyası, dünyagörüşü zorlamaq üzərində qurulub. Fərqi yoxdur, o zorlanma könüllü oldu, səssiz oldu, dişini-dişinə sıxaraq oldu, ya bağıraraq, dünyaya səs salmaq istəyərək...  O zorlanma olub!

Biz isə bunların fərqində olmadan yaşayırıq, ərə gedirik, doğuruq. Uşağın əyni qalın, qarnı tox olsun, vəssalam! Vəssalam? Bu uşaq hansı hisslə böyüyür, bu uşaq ürəyində hansı arzular boy atır, bu uşaq həyata necə tutunub? Tutunubmu? Bu uşağın marağı nəyədir, gələcəyini necə görür, nələri sevir? Sevirmi?..

Uşağınız hansı musiqini dinləyir, nəyi oxuyur, nəyi izləyir? Birini də gözdən qaçırmayın, nəzarət edin, lütfən.

Bir müşahidə edin, uşaq baxdığı cizgi filmində balaca bir aqressiya gördüsə, onu mütləq öz hərəkətlərində hiss etdirir. Səbəbsiz yerə qışqırır, bağırır, ətrafındakı adamları vurur, yuxuda qorxur. Bax bu zorakılıq onun həyat tərzidirsə, onda o uşaq böyüyəndə zorlayır, boğur, öldürür, manyaka, qatilə çevrilir. Cəmiyyətin üzünə tüpürdüyü adama dönür.

Fikir verin, ətrafımızdakı insanların əksəriyyəti mənfi emosiyasını, aqressiyasını bildirməyə, hiss etdirməyə daha çox meyillidir. Adamları acılamaqla, ürəklərini qırmaqla, söyməklə öz eqolarını doyururlar. Belə deyim, bununla, sanki, həyatdakı yerlərini bərkidirlər. Bu da bir cür zorlamadır. Bax onlar olduqları yerdə, olduqları adamlar arasında axsayırlar, boşluqdadırlar, vurnuxurlar, incidirlər, incinirlər, demək, nələrisə çatışmır. Sevgisi olmasın?..

Bizdə sevgi, sevmək, sevdiyini demək ayıb sayılır sanki. Ata övladının yanında anasını öpə bilməz. Amma döyə bilər, söyə bilər, hələ nəsil-nəcabətini qəbirdən də çıxara bilər.

Həə, mən oğlumu ən çox bundan qorudum, qoruyacam da. Onun gözlərini, qulaqlarını filmin sevişmə səhnələrində yox, savaşma, söyüşmə səhnələrində tutacam. Siz də öz oğlunuzu qoruyun. Qoruyun ki, gələcəkdə bir qadının faciəsinə, həyatının qaralmasına, ölümünə səbəb olmasın. Unutmayın, günah təkcə qatillərin özündə olmur, onu yetişdirən, böyüdən ailədə, mühitdə, cəmiyyətdə olur... 

Sevinc Fədai
Milli.Az

Şərh yaz:

45 Şərh:

  • Anonim
    Leyla · 11 Avqust 11:4670

    Sevinc xanim sende bu oqlana mawin tenis badminton iqruwqalari al, kuklalari cimdirir opur nedi bu oqlandi axi.

    Cavab yaz
  • Anonim
    Əsranur · 11 Avqust 11:5790

    Yazı ilə bəzi yerləri çıxmaq şərtilə razıyam...Mən də oğlanlarıma səni vuranı vur deməmişəm.Amma,demək lazımdır hardasa..Uşağı elə böyütmək lazımdırki heç onu vuran olmasın da..Oğlan uşağının kukla çimdirib oynamasıyla razılaşmıram.Uşaq vaxtı kukla ilə oynayan oğulu səngərdə də bir düşünün..Erməniyə nətəhər güllə atacaq?Axı ona"Dəni vursalar da vurma!"demisiniz.Allah bütün balaları saxlasın.Körpəniz hələ balacadır deyə bilmirsiniz.Uşağı -özü də oğlanı elə incə ruhlu böyütməyin.Kişi kimi böyüdün..Əsl kişi arvad döyməz,zorlamaz.Siz sadəcə sevin övladınızı.Sevgiylə böyüyən oğul əlbətki ancaq sevəcək.Bununla yanaşı həyata hazır böyüdün.Çünki,aşırı sevgi də uşağı zəif edir.Həm əvvəl insan özünü tərbiyə etməlidir.Uşaqlar bizim özümüzük.Biz necəyiksə onlar da elə olacaqlar-bizim istədiyumiz kimi yox..

    Cavab yaz
    • Anonim
      PRiNS · 11 Avqust 12:2481

      ))) Atam nevesi üçün oyuncaq maşin alirmiş, satici deyib qizdi ya oglan? Atam deyib oğlan usagidi. Deyib baba, maşin nedi tapanca al, pulemyot al, Qoy uşaq kişi kimi böyüsün:)) Atam saticiya deyib "Kişilik qanda olur, oğul.Neslinde-kökünde olmasa tapança almirsan, isteyirsen lap Atom bombasi al.Öyretmekle qorxaqdan kişi cixmaz" ☺☺☺

      Cavab yaz
      • Anonim
        Əsranur · 11 Avqust 12:3922

        Afərin.Allah papaya can sağlığı versin.Mən həqiqətən də uşaqların başında uşaqlıq marağının qaldığının şahidi olmuşam.Ona görə də oyuncaqları düşünüb almaq lazımdır.

        Cavab yaz
        • Anonim
          PRiNS · 11 Avqust 12:5700

          Teşekkür edirem,Esranur xanim.Tanri sizi qorusun.Bax bizde o usagin masina ele dehsetli hevesi var. Men bu boyda olmusam atamin masinina el vurmamisam, o ise )))) Atam deyir onun heyati burdan başlayacaq...

          Cavab yaz
          • Anonim
            Əsranur · 11 Avqust 13:1110

            :))))Düz deyir.Bizdə kiçik oğlum həvəslidir.Böyük həvəsli deyil.Ona görə də açarları gizlədirik.Axırıncı dəfə elə dünən girib içində mahnıya qulaq asıb,işıqlarını yanıq qoyub deyə,səhər xoddanmadı maşın-akkumulyatotu bizlərə ömür:)))))Bu yaxınlarda toya getmişdik.Papasının maşını götürüb məhləni kruqlamaq həvəsinə düşüb.Bir də gördük zəng gəldiki kiminsə Tayota Karolasını bir az sürtmüşəm,polis çağırırlar.Düz hərəkət etməmişdi-bilirəm.Tez atası getdi,məsələni öz aralarında həll etdilər.Uşaq elə bilibki ata orda onu danlayacaq.Atası isə-Orxan,min maşına,sür gəl dalımca"deyib.Başqa ata danlayardı da,vurardı da.Bu ancaq bir kəlmə deyib ki-İnsan vura bilərdin,belə həvəslisənsə,məktəbini oxu"Ondan sonra ancaq girir mahnıya qulaq asır:))))Yəniki,bu xanımın başa saldığı kimi deyil hər şey..Bəzən yaxşı bildiyimiz uşağın ziyanına gedə bilər.Tərbiyənin dəqiq düsturu yoxdur..

            Cavab yaz
            • Anonim
              PRiNS · 11 Avqust 14:2600

              Hmm, demeli danlamayib? Ela eleyib.. Heç bilirsen ki bu danlaqlar adamin geleceyini mehv ede bilir?. Uşaq qorxusundan heç neye teşebbüs etmir(birden ata döyer e, birden anam..) Ve bu adami vecsizleşdirir. Lap bizdeki kimidi--Bir de görürem atam çagirir bala gel kömek ele,akkumulyator yatib))))) ..Qoruyun onlari....

    • Anonim
      PRiNS · 11 Avqust 12:2720

      Super.. Esranur xanim, valideyni ağilli olan uşaq xoşbextdir.Qalani efsanedir..

      Cavab yaz
      • Anonim
        eqon · 11 Avqust 15:1910

        salamlar...xanim bezi meqamlari duzgun yazmisiz ama siz axi oz fikirlerivizi bize niye teblig edirsiz bu aile hemde ovlad haqqinda yazidi siz axi jurnalistsiz psixoloq deyilsiz.ele istiyirsiZki siz nece duşunursuz siz nece yaşiyirsiz milletde ele olsun...axi sizin fikirlerivizde naqisdiy coxdu...beli insan gerey evladlarina qarşi cox diqqetli olsun onlari sevgi ve qaygi ile boyutsun ama hemde yuksek terbiye ve exlaqda vermelidir...soyuş doyuş verlişlerinde gozunu tutun ama sevişmey epizodlarindada gozun baglayinki vaxti gelende nefsini saxlaya bilsin unutmuyunki ele zorlamalar ister cismi ister ruhi cox vaxt insanlara aşilanan bu sevişmey verlişlerinnen qaynaglanir..en esasi evladlarimiza exlaqi ve insani keyfiyetleri bir arada yeni onlari birbirinnen ayirmamagla terbiye vermeliyiy

        Cavab yaz
  • Anonim
    PRiNS · 11 Avqust 12:0441

    Madam Fedai, siz başqa üslub tapin. Yeni ki,tehkiye formanizi deyişin.Yaxşı? Yoxsa bu yolla heç ne aşilaya bilmeyeceksiz.Emin olun. Bunu size Zehmetkeş Prins acizane tövsiye edir.

    Cavab yaz
  • Anonim
    PRiNS · 11 Avqust 12:0981

    Bir de, bu Zorlanma barede bele açiq-saçiq şeylere gerek yoxdur. Düzdür, dediyiniz psixoloji cehetden dogrudur, amma gelin Zorakılığı cümlelerde adileşdirmeyek. Bir şeyi açib çözmek istersen, tehlükeli imicini itirib bize "qonşu" olar.

    Cavab yaz
    • Anonim
      Əsranur · 11 Avqust 12:2211

      Razıyam.

      Cavab yaz
    • Anonim
      asi · 11 Avqust 12:3240

      Düzdür, Prins..Antireklamınözüdə bir reklamdır..Bu yaxınlarda rus kanalında çox iyrənc bir cinayətin təfərrüatına baxlrdım..Həyatda çox sakit, heç kimi incitməyən bir kiçi bir dəfə qəzetdə jzun illər bir neçə qızı dustaq edib təcavüz edən şəxs haqqında məqalə oxuyur və bunu " prob" etmək fikrinə düşür..Alınırda..Sonradı isə məlum, çox iyrəncliklər.....Yuxardakı şərhinlədə mox razıyam..Bu xanım məncə hələ öz həyatında özünə düzgün ya mövqemi ya yermi hər nə isə tuta bilmir.Ona görə yazıları da çox qarışıqlıqla doludur.Bayaq yazmaq istəmirdim, amma indi yazım(..Bu xanımın ideal böyütmək istədiyi övlad artıq travmalı bir ailənin övladıdır və böyüdükcə həqiqətlərin üzünə pərdə çəkə bilməyəcək..Bu zaman kimə nə öyrətməyə çalışır, baş açmadım...

      Cavab yaz
      • Anonim
        asi · 11 Avqust 12:5110

        Nə çox hərf səhvi olub, üzrlü hesab edin)..Baxmadan göndərdim..

        Cavab yaz
      • Anonim
        PRiNS · 11 Avqust 13:0610

        Ay sag ol.. Asi xanim, beli, konkret nese yerinde deyil. (daha hamisini yazmisan da))))))) Heç şübhesiz.. Sertlik mütleq olmalidir. "Yumşaq kişi sümüksüz adam kimidir(Talis atalar sözüdür) ...Ancaq yaxsidir e Sizden yaxsi meslehetler aldi))

        Cavab yaz
        • Anonim
          asi · 11 Avqust 13:2910

          Mənim məsləhətlərim heçdə))) Hərdən evdə uşaqlar bezir deyir" Mamam yenə başladı)).Amma zəhlələrini töksəm də nəsə daşa düşürlərsə, bu artıq zəfərin ilk qığılcımıdır.Bu yaxınlarda marketə girərkən qapının ağzında yerə atılmış dondurma qabını götürüb atıdım zibil qabına))Ətrafdakı insanların qəribə baxışı məni çaşdırdı)) elə bil nəsə qeyri adi iş gördüm..Qızım "Mama niyə götürdün, təmizləyirsən??" Deyib zarafat etdi.Mən də "Yox qızım, qardaşınla səni tərbiyə edirəm..Insanı heyvandan seçə biləsiz,başa düşəsiz ki, yerə zibil atmaq başqasına xoş deyil" Elə beləcədə dedim))Qız donub qaldı..Səhəri gün oğlum küçədə sok içib tulladı kirli yağış suyunun içinə, küçədə)).Mənə bir acıq gəldi gəl görəsən)) Durdum suyun yanında çağırıb oğlumu o qutunu götüzdürüb kirli sudan atdırdım zibil qutusuna))Yenə ətrafın təəccüblü baxışları üzümə dikildi))Fikirləşdim ki, deməkki bir dəfə ilə olmur, nəsə öyrətmək üçün gərək səy göstərəsən..

          Cavab yaz
          • Anonim
            PRiNS · 11 Avqust 14:2010

            Asinin usaqlari bele böyümelidi))O heç ki sen onlarin geleceyinden narahat olmayasan. Gör indi ananin yüksek sosial olmasi çoox böyük şeydi. Deyirler hereketle nümune olmaq sözle tervbiyeden qat-qat üstündü..... Gedirdim,küçeleri gezirdim, zibilqabi tapmayanda uzun müddet eşya elimde qalirdi.Görürdüm hami yere atir.Utanirdim ki bes tek men?)) Sonra dedim sag olum))

            Cavab yaz
            • Anonim
              asi · 11 Avqust 14:4800

              Küçələrdə zibil atmaq ən acığım tutan işdi, həm də ən çox deyindiyim hal))Hər gün gedirəm həyət evinə, çatan kimi, dəli oluram)) Pivə qabı, siqaret qutusu, araq şüşəsi, suxari saqqız qabları, hamısı hasarın ətrafında)) Söyə-söyə necə yığıramsa, başımı qaldıranda görürəm artıq qonşunun hasarına keçmişəm)) Amma öz dilimizdə söyürəm, başa düşən olmur))..Fürsəti əldən vermədən " bax görürsüz??Siz atsaz sizi də belə söyərlər).Heçnə atmayın yerə, deyirəm uşaqlara..Ətraf təmizliyinə əməl edən hər kəs sağ olsun..Uşaqlqr da görüb öyrənsin)

            • Anonim
              Əsranur · 11 Avqust 15:0700

              :))))Asi,kaş bu biri qonşyn olaydım.Külək bir vay qoyub həyətə...O qonşunu söyə-söyə,yığışdıra-yığışdıra bizə də keçəydin.Arzuya bax,ay bacı,tellərindən incəmi?Söylə ürəyincəmi?:)))))))))))

            • Anonim
              asi · 11 Avqust 15:1800

              Ürəyimcə olmasa da məcbur edərəm ürəyimə)))Amma bir noouusu var.Mən hasardan çölə baxıram, içəri yox))).Süpür yığ küçəyə, qonşudan keçərəm sizə))).

  • Anonim
    asi · 11 Avqust 12:1650

    Məqalədə düz olmayan nüanslar çoxdur( mənə görə)..Təfərrüatına varmaq istəmirəm..Ancaq onu deyim ki, oğlan uşağı bir az kişi kimi böyüsə yaxşıdır, kukla yudu, öpdü, bu onun gələcəyini formalaşdlrmayacaq.Bu gün kukla yuyan o demək deyil ki, onun içindəki insan sevgisi böyüdükdə də qalacaq..Uşağa döyülməyidə döyməyidi düzgün başa salmaq lazımdır..O həm döyərkən, həm döyülərkən nədənini analiz etməlidir..Fikirləşmək lazımdır ki, bu gün şirin uşaq olan oğlan sabah həm əskər, həm ailə başcısı olacaq..

    Cavab yaz
    • Anonim
      Əsranur · 11 Avqust 12:3713

      Elə bilki sözdəşib yazmışığee:))))Bizdə böyüyü aşırı mədəniyyətinə görə döyməzlər,kiçiyi zəhmli baxışlarına görə,qızı isə cavab alarlar deyə:)))))Amma,döyülüb gələn uşağı da qəbul etmirəm.Çünki,aciz böyüyən uşaq da elə aciz olur.O da bir şey deyil.Açığı kimisə zorlamaq olmaz,döymək olmaz kimi nəsihətlər verdiyim yadıma gəlmir oğlanlarıma.Amna,Antaliyada olanlar bilir-millətin çoxunun əynində elə əynidir.Oğlanlarımın oğrun da olsa başqa acıq-sacıq qızlara baxdığını görməmişəm.Amma,qızımın geyiminə müdaxilə ediblər.Bunların bir devizi var-Mənim ana-bacıma baxmasınlar,başqasının ana-bacısının geyimi mənə maraqlı deyil.Mən 100 faiz bilirəmki mənim oğlanlarım nə zorlayacaq,nə qadın döyəcəklər.Maşın əzə bilərlər-hə,bilərlər,həddini bilməyib əlini uzadanın cavabını verərlər?-həəə,verərlər..Amma,bir qarışqanı belə öldürməzlər.Onlar kukla ilə böyüməyiblər.Böyük ensiklopediya ilə böyüyüb,kiçik maşınlarla.İndi də maraqları elə onadır.Ona görə də,hörmətli jurnalist,ən yaxşısı maşına,kitaba keçin.

      Cavab yaz
      • Anonim
        asi · 11 Avqust 13:1700

        Uşaq ailənin güzgüsüdür, ailədə görmədiklərini özüdə etməz..Düzdür, indi ətraf ailədən daha çox təsir edir uşaqlara.Amma yenə də ailə ailədir və uşağın tərbiyyəsinin təməlidir..Uşaq görürsə ki, ata ananı döyür, söyür, təbii ki, bunu gələcəkdə özü də edə bilər yoldaşına..Bizdə birmənalı olaraq atamız uşaqların tərbiyyəsində çox mülayim və toxunulmazlıq mövqeyi tutub).Uşaqlar onun üçün ən toxunulmaz və yox deyilməyəcək bir qüvvədir).Ancaq mənim kimi anaları əksinədir)).Əvvəl əsəbiləşsəmdə atanın bu xarakterinə sonra başa düşdüm ki, ata işə görə evdə çox olmadığından tərbiyyənin məsuliyyəti tam anaya həvalə edib).Indi uşaqlar nəsə edəndə ata deyir " Mamanı əsəbiləşdirməyin" )) Anada əksinə " Atanı acıqlandırmayın" deyir))..Yəni uşaqlar hər iki valideynin bir növ zəhmini hiss edir, baxmayaraq ki, atada yoxdur uşağa qarşı ciddilik)..Hər mənada sağlam övlad istəyən ata ana biri digərini uşağın gözündə ucaltmalıdır ki, uşaq da tərbiyyədə qüsurlu olmasın, gələcəkdə öz arvad uşağına ədalətli olsun..

        Cavab yaz
        • Anonim
          Əsranur · 11 Avqust 13:4510

          Bizdə də soyuq silahı başmaq olan-amma,yaxşı snayper olmayan varlığa "ana"deyilir:))))))O fikirlə razıyam ki,valideynlər bir-birini tutmalıdır.Uşaq "yox"sözünü də bilməlidir,cəzalanmalıdır da yeri gəldikdə.Bu cəza ov tüfəngiylə bir güllə,ya balkondan aşağı uçuş deyilki..Uşağı bəzən küsməklə,ya sevimli oyuncağını almaqla da cəzalandırmaq olar.Kiçik vaxtı xırda cəza almayan insan böyüyəndə həyatın cəzasına dözmür.Ya intihar edir,ya da pozulur.Oysaki hamı balasını sevir də,öpür də.Balanı sevməmək,öpməmək olar?Hər şey həddində etmək lazımdır

          Cavab yaz
  • Anonim
    mələy · 11 Avqust 12:3140

    Yanlış bir fikir. Bəzən elə bir ailə olur evdə dava dalaş , söz söhbət, qadın döyülməsi olur. Amma uşaqları tərbiyəli olur. Oxuyur sənət sahibi olur. Elə ailə də olur ki övladını sevgi ilə böyüdürlər, bir istəyini iki etmirlər. Uşaq böyüyəndə narkaman, sərxoş, hər cür pisliklər edir. Elə oğul var ki atası siqaret cəkir, icki icir, amma oğul bu hərəkətləri etmir. Elə ata var nə siqaret cəkir nə icki icir. Amma oğlu həm icki icir, həm siqaret cəkir. Bəs Sevinc xanım belə məsələyə fikriniz nədir? Burda nə deyə bilərsiniz?İnsanın özündən aslıdır. Mühit yaxşı olmalıdır, birdə məsuliyyət olmalıdır. Belə edin yox elə etməyin belə edin. 2 yaşlı uşağı necə başa salasan ki sən hec kimi döymə hamını sev. Onun bir başa salma yaş həddi var. İmkan versəniz uşaq uşaqlığını yaşasın. Hələ uşaqdır.

    Cavab yaz
    • Anonim
      asi · 11 Avqust 14:2100

      Sizin dediyiniz artıq uşağın insan fərd kimi özünə məxsus olan xüsusiyyətləridir..Həddən çox sevgi artıq ərköyünlük, özbaşnalıq olur.Sevgi deyərkən tək bütün günü uşağın başını tumarlayıb, üstünü örtüb yedirdib gəzdirmək deyilki..Uşağı möhkəmliyə öyrətmək də sevgidir..Əvvəllər həyətdə oğlum yıxılanda heç vaxt qaçıb durğuzmurdum, kənarda dayanıb özü qalxmasını israr edirdim, durub bir az üzümə baxırdı, görürdü gəlmirəm, özü qalxırdı( təbii ki, ciddi olmayan hallarda).Hətta bəzən ağlasa da , " ağlama qalx, üstünü təmizlə" deyirdim..Bir dəfə qonşu məni həyətdə görüb rusca" Mən şokdayam.Necə durub baxa bilirsən, yazığın gəlmir?? Pəncərədən baxıram, şok oluram.Ərimi çağırıb deyirəm gəl bax, uşaqla necə davranır.Biz Rusikə( nəvəsi) belə edə bilmərik"..Gülüb dedim ki," Biz oğlumuzun gələcəyini indidən möhkəmləndiririk ki, bu gün kiçik yıxılmadan qalxmağı öyrə öyrənə sabah böyük zərbələrin qarşısında dursun" ....Arvad "Obоjayu vas" deyib susdu...

      Cavab yaz
      • Anonim
        . · 11 Avqust 15:3500

        Qeweng demisen.amma sen cani onu uruscax nece dedin mene de oyret))

        Cavab yaz
        • Anonim
          asi · 11 Avqust 16:2100

          Mı seyças ukrepliyayem buduşee svoeqo sına, çtobı on nauçilsya vstavat sam iz malenkix padeniy i zavtra sam smoq uderjatsya pered bolşim udaram)...Dialoqumuz belə idi.)).Arada səhvlər var, nəzərə alarsan))...

          Cavab yaz
      • Anonim
        mələy · 11 Avqust 20:2010

        Sizin fikrinizlə də razıyam. Kəndə qonşumuz var idi. Qadın ərindən ayrıkıb gəlib ara evində bir otaqda yaşayırdı. Uşaqlarına sevgi deyilən bir şey göstərmirdi. Qonşular əllərindən gələn köməyi edirdi ki uşaqlar ac qalnasın. Birdəfə uşaqlarına yemək belə bişirib verməmişdi. Oğlu isə qonşu onlar ücün verdiyi yeməyi yemirdi ki anam ücün qalsın. Ana da laqeyd ana idi. Guya uşaqları ücün calışırdı amna ortada bir şey olmurdu. Oğlu böyüdü, naşükür övlad olmadı. İşlədi bacısını ərə verdi, özünə bakıda torpaq aldı, ev tikdirdi. Hətta rəhmətlik anası müalicə elətdirdi. Anası xəstə olanda oğluna deyib ki mənim bir iki adam pulum var. Halbuki uşaqlarına pul lazım olanda ondan bundan pul alırdılar. Bəs burda oğul yaxşı olmağı, məsuliyyəti dərk etməyi kimdən öyrənib. Ata ayrılıb başqası ilə evlənib, ana da övladlarına bir o qədər canyananlıq etməyib. Bəs oğlanın ev sahibi olmaqda, yaxşı valideyn olmaqda, çörək pulu qazanmaq ücün hər işdə gedib pul qazanmağı kim öyrədib. Bəzən insana verilən sevgi də boşa cıxır.

        Cavab yaz
  • Anonim
    Nargis · 11 Avqust 12:3630

    Kukla oynatmaq qız uşağına aiddi.Valideyn uşaqlıqdan nəzarət etməlidi oğlu hansı oyuncaqla oynayır.Bir də ki "səni vuranı sən də vur" cümləsini hər bir valideyin övladına deməlidi.Əks halda valideyn cəmiyyət üçün qorxaq ,qapazalti bir sözlə yem böyütmüş olur.Ailədə sevgi görmüş uşaq gələcəkdə heç vaxt aqressiv zorakı birisi olmayacaq.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 11 Avqust 13:0310

    Oglan uwagi ve kukla?? Ay Sevinc xanim uwaga mawin al bawqa oyuncaqlar al. Kukla cimizdirmek nedi?

    Cavab yaz
  • Anonim
    N▪ · 11 Avqust 13:1150

    Sevinc xanım , qeyd edib ki, oğlu 2 yaş, 4 aylıqdır. Və həmin yaş dönəmində olan uşaqlar - oğlanlar qız oyuncaqları, qızların isə oğlan oyuncaqları ilə oynamalı normaldır. 5-6 yaşa kimi uşaqlarda bu cür hallar narahatlıq doğurmamalıdır. Məsələn, həmin yaş dönəminə kimi qızlar, anasının deyil, atasının, qardaşının geyimlərilə maraqlana bildiyi kimi, oğlanlardada xanımların geyimləri, əşyaları maraqlı ola bilir. Bu formalaşmış bir zövq deyil , əlbəttə ki, ötəri uşaq marağı ,həvəsidir.

    Cavab yaz
  • Anonim
    Əsranur · 11 Avqust 13:3510

    Şəxsən mən burdan oğul analarına səslənirəm ki -Uşağınıza vuranı vur,əlini də sındır"öyrədin.Çünki,bu gün qızlarımıza təcavüz edən,baxçağa belə qıymadığımız gəlun qızlarımızı döyüb öldürən elə o bağçada vurub,cavanı almayan dibillərdir.Eləsini uşaq vaxtında əlini sındırırsan,böyüyənə qədər bilirki kimisə incitsə cavabsız qalmayacaq.Elə uşaqların qabağından qaçmaqla,onu cani,öz uşaqlarınızı da qorxaq böyüdürsünüz.İndi bu təcavüz edənlərə ölüm hökmü çıxmasını istəyirsiniz.İndi sizə bir sual verim??Ölümün belə halların azalacağına doğrudan mı inanərsınız???Şəxsən mən inanmıram.Çünki,çoxunuz şərhlərdə yazırsınız ki,indi o türmədə sənə də belə edəcəklər...Doğrudan da həbsxanada başına nələr gətirələcəyindən qorxan məxluq eləməsin də o hərəkəti..Çünki,dəmiri isti-isti döyərlər.Cəmiyyəti mən,sən,o formalaşdırır.Qonşunun uşağını pis əməl edən gördükdə həmən müdaxilə edib,bunu xoş şəkildə valideynə başa salsaq,o uşaqla bu haqda söhbət etsək heç.də pis olmaz.Heç nə də olmasa qapını çəkib içəri girməmiş olarıq,nəisə

    Cavab yaz
  • Anonim
    Əsranur · 11 Avqust 13:3810

    etmiş və yaxud da nəisə etməyə cəhd etmiş olarıq.Çünki tərbiyəsiz qonşu uşağının mənə də ziyanı dəyər.Artıq bir millət kimi formalaşaq.Bədbəxt olanın bədbəxtliyinə sevinib,yadaki mənə nə?məndə yaxşıki elə deyil..deməyək..Çünki,güllə məndən ötüb,qardaşıma dəyə bilir...

    Cavab yaz
  • Anonim
    arifə · 11 Avqust 13:3810

    Oģlan uşağı kukla ilə oynamaz.bir azdan sonra pomada ilə oynayacaq

    Cavab yaz
  • Anonim
    Xxx · 11 Avqust 13:4910

    Qy balam.ne tutdurmusuz kukla kukla. Yazmayib ki, barbi kuklasi, belke cizgi film qehremanlarinin maketine deyir kukla.

    Cavab yaz
    • Anonim
      :)))))) · 11 Avqust 14:2800

      :))))))Çimdirib,öpüreeee...

      Cavab yaz
  • Anonim
    Fariz · 11 Avqust 13:4900

    Axirdan dördüncü cümle olmasaydı ,deyerdim ki, meqale bu defe babat alinib. Amma çox heyif......

    Cavab yaz
  • Anonim
    Sevinc Fədai · 11 Avqust 15:2820

    Əziz dostlar, oğlum maşınla da oynayır, kuklayla da, topla da, bütün uşaqlar kimi. Dediyim kukla isə, bildiyiniz gəlinciklər deyil. Oyuncaq evdir, onun parkı, bağçası və içində əli boyda balaca uşaq kuklalar var. O kuklalara adlar qoymuşuq, bağça dostlarının adlarını. Məsələn, yemək yeyəndə deyirik, Aylaya da verək. Oğlan kuklanın adını isə elə Ucal qoymuşuq :) Mən ona sevgini və mənəvi gücü aşılayıram. O bu şəkildə sağlam böyüsün, əminəm ki, seçimlərini doğru edəcək. İnanıram ki, hər birimizin övladı.

    Cavab yaz
    • Anonim
      asi · 11 Avqust 16:4410

      Sevinc xanım, yaşca sizdən yəqin ki, böyüyəm və 10 illik analıq təcrübəsi olan biri kimi deyim ki,oğlan uşaqlarını( qız uşağına aid olmadığı üçün məqalə ancaq oğlanı nəzərdə tuturam),bir az fərqli mövqedən böyütmək lazımdı..Tamam, sizin öz haqqınızdır, övladınızı öz doğrularınızla böyütmək, buna biz qarışa bilmərik..Ancaq məqalənizdəki bir çox nüanslar oğlan böyütmək üçün düzgün variant deyil..Oğlanı fərq etməz 2, 5, 10 yaşı var, hər yaşına uyğun kişi kimi yetişdirmək lazımdır..Oğlan uşağına həm fiziki həm mənəvi güclü olduğuna inandırmaq lazımdır..Güclü olmaq gələcəkdə heç bir kişiyə ziyan verməz.Və təbbi ki, ona bu gücü hara sərf etməyi başa salmaq şərti ilə ki, sonra özünü güclü bilib evdə arvadını yox, arvadına da ilişə biləcək çöldəki namussuzun birini döyə bilsin.Anam "Sən heç kimi vurma deyib" deməsin..Oğlunuzu indidən gələcəyin güclü əqidəli, iradəli kişisi kimi görün...Allah saxlasın....

      Cavab yaz
      • Anonim
        Sevinc Fədai · 11 Avqust 17:1210

        Çox sağ olun. Sizi anlayıram. Ancaq mənim oğlumun da kuklanı öpüb qucaqlaması o demək deyil ki, mən onu zəif biri kimi böyüdürəm. Əksinə, gücü çatmayan şeyləri də kömək edib bacardığını görməyini istəyirəm. 2 yaşı olsa da, özünə güvənir artıq, nələrisə özü bacarmağa can atır, qorxmur. Mənim demək istədiyim başqadır.

        Cavab yaz
        • Anonim
          asi · 11 Avqust 17:5410

          Mən sizi başa düşmüşəm..Hər bir ana kimi sizin də gözləntiləriniz və narahatçılığınız təbiidir və haqq verirəm...Inanın mənə, övladınızın özgüvəni artıqca, sevməsini də biləcək, qayğıya qalmasını da, nazını çəkməsini də...Çünki, bu keyfiyyətlər məhz özünə güvənən güclü kişilərə xasdır..Məqalədə qeyd etdiyiniz hadisələr yalnız və yalnız zəif ruhlu kişilərin başının altından çıxar..Xətrinizə dəyəcək bir söz yazmışamsa, üzrlü sayın..

          Cavab yaz
          • Anonim
            Sevinc Fədai · 11 Avqust 18:4210

            Yox, təbii ki. Fikirləriniz üçün təşəkkür :)

            Cavab yaz
            • Anonim
              gozelim · 11 Avqust 19:3010

              Sevinc xanim bir jurnalist kimi oz megsedine catib...gorun ne geder insan oz fikrini, oz terbiye uslublarini ve tecrubesini burda yazib. Demeli oz megalesi ile dushundurub.

  • Anonim
    ttt · 13 Avqust 14:5200

    bosh sohbetdir...oglan uwaglarini sindirmayin kukla mukla ile..ucuruma gedirik onsuzda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.