Cəmiyyət

Ölülər bizi eşidirlərmi?

12 Avqust 2017 20:20
52 Şərh     Baxış: 5 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dininə görə haqq olan etiqad odur ki, ölülərin eşitməsi mümkün deyil. Allah Təala buyurur: "Dirilərlə ölülər eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara eşitdirən deyilsən!" (Fatir, 22).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ölü ilə danışmaq da olmaz. Bütün ölülər "bərzəx" deyilən ruh aləmindədirlər. Uca Allah Qurani Kərimdə buyurur: "Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən" (ən-Nəml, 80).
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə rəvayət edir: "Mömin öldüyü zaman rəhmət mələkləri ağ ipək (paltarda) gəlib ona deyərlər: "Allahın rəhmətinə çıx!" Onun ruhu bədənindən ən gözəl müşk iyi ilə çıxar. Onu bir-birinə ötürər, hamısı onu iyləyər və səma qapısına gətirərlər. (Mələklər) deyərlər: "Yerdən gələn bu gözəl iy nədir?" Səmaya qədər gələrlər və bu söz təkrarlanar. (Mömin) digər möminlərin ruhlarının yanına gələr. Onlar buna görə insanlar çoxdan görmədikləri yaxının görəndə necə sevinir elə sevinərlər. (Həmin möminə digər möminlər) deyərlər: "Filankəs neyniyir (Yəni, filankəs necədir)?" Mələklər deyərlər: "Ona icazə verin dincəlsin. Həqiqətən, o dünyada kədər içində idi". Ondan bir nəfər haqda soruşurlar, o isə deyir: "Axı, o adam (məndən qabaq) ölüb, sizə gəlib çatmayıb?!" Onlar deyərlər: "O, sığınacağı olan Haviyəyə aparıldı". Kafirə gəldikdə isə, onu əzab mələkləri əzab toxunduraraq çıxardar və deyərlər: "Allahın qəzəbi üçün çıx!" Onun ruhu bədənindən leş iyi qoxar kimi çıxar və onu yer qapısına apararlar". (İbn Hibban, 3014).
Bu və digər ayə və hədislərdən aydın olur ki, ölülər diriləri eşitmir, hətta qəbirin yanında duran insanları da eşitmirlər. Bəzi insanlar ölülərin eşitdiklərini, onların diri insanlardan xəbər tutduqlarını zənn edərək bayram günlərində, ölünün doğum və ölüm günündə və başqa xüsusi günlər  təyin edərək ölüləri ziyarət edirlər. Hətta iş o yerə gəlib çatıb ki, bəzi insanlar hədlərini aşaraq qəbirin üstünə bəzi əşyaları gətirib qoyurlar. Halbuki bütün bu əməllər dinimizə zidd olan batil və bidət (dində yenilik) əməllərdəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.