Cəmiyyət

İmamlarımızın mövludu və ya vəfat etdikləri günlərdə nə etmək lazımdır?

12 Avqust 2017 21:10
91 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimizdə peyğəmbərlərin, səhabələrin, imamların və ya digər şəxslərin doğum və ya vəfat günündə hansısa xüsusi əməllərin edilməsi buyurulmayıb. Bu kimi fikirlərin hamısı dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdəndir. Abdullah ibn Cəfər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfərin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: "Bu gündən sonra qardaşımın arxasınca ağlamayın...". (Əbu Davud, 4174).

Milli.Az zikr.az-a istinadən bildirir ki, digər hədislərdə isə belə buyurur: "Ölünü tərifləyərək ağlamaq cahiliyyət adətidir". (əl-Buxari).
"Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294).
"Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).
"Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasından dolayı əzab verilir". (əl-Buxari, 1304).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.