Cəmiyyət

Quranda hicab deyiləndə, nə nəzərdə tutulur?

12 Avqust 2017 23:45
11 Şərh     Baxış: 1 696

Hicabın lüğətdəki mənası örtük deməkdir. Yəni, o şey ki, üzə çıxmağa mane olar, pərdə kimi. Ona görə də Quranda bu kəlmə ancaq geyimə aid edilmir, həm də insanın rəftarına və əxlaqına da aid edilir.

Ona görə də deyə bilərik ki, hicab dedikdə ancaq geyim nəzərdə tutulmur.
Bəs Quranda hicab dedikdə başqa nələr nəzərdə tutulur? (Beytutə saytı)
1. Danışığın hicabı və iffəti. Naməhrəmlə söhbət etmək tərzi - danışığın hicabına aid mövzulardandır ki, Quran bu haqda buyurur: "Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Milli.Az deyerler.org-a istinadən bildirir ki, buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın". ("Əhzab" 32).
2. Rəftar hicabı. Necə ki, Allah naməhrəm kişi və qadın üçün geyim hicabını vacib buyurmuşdur, eləcə də kişi və qadına günah baxışları haram buyurmuşdur. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar". ("Nur" 31).
3. Fikir hicabı. İnsan gərək özünü çirkin fikirlərə qərq etməsin və Allaha təvəkkül edərək özünü günah fikirlərdən qorusun. "(Onlar deyərlər:) "Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!". ("Ali-İmran" 8).
4. Geyim hicabı. "Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər". ("Nur" 31).
Allah Təala bizləri bütün haramlardan qorunan və təqvaya əməl edənlərdən qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

11 Şərh:

  • Anonim
    mən · 13 Avqust 07:30150

    Amin!

    Cavab yaz
  • Anonim
    MODERATORA · 13 Avqust 11:37327

    Hormetli Moderator sizden bir xahisim var. Eger mumkunse 6-7-8-ci esrlerde bizim dovletde, bizim qadinlar ne cur geyim geyiniblerse, o geyimlerin sekillerini verin, bezilerine cox sey aydin olsun. Yer uzerinde ilk abirli geyinen bizim qadinlar olublar. Dunya qadinlaruda onlardan oyrenibler. Kseroks.

    Cavab yaz
    • Anonim
      KSERKS · 13 Avqust 12:14525

      En esasida odur ki, ereb qadinlari ortulu yeyinmeyi bizim qadinlardan oyrenibler. Bu bir tarixdir. Tarixin aksiyomasidir ve subutada ehtiyaci yoxdur.

      Cavab yaz
    • Anonim
      :) · 13 Avqust 13:09310

      Razıyam.En gözel örtünme terzide ele bizim qadınlara xas olub.Ağayana,esil xanım örtüyü.

      Cavab yaz
    • Anonim
      Nc · 13 Avqust 21:25260

      7-8 ci esr yox o qeder kecmiwe getmek lazim deyil.20ci esr de qadinlarimizin geyimlerini versinler.bawi aciq,abirli ismetli qadinlarimiz

      Cavab yaz
  • Anonim
    :) · 13 Avqust 13:1477

    Quranda hicab tekce örtünme menasında deyil düzdü.İndiki örtünme terzi yehudiler,xristianlar,ereblere aiddir.Hicab iffet,exlaq örtüyüdür,indiki kimi menasız deb deyil.Her şey kimi hicabı da endazeden çıxarıblar.En gözeli bize aid olandı.Ulu nenelerimizin örtündüyü esil iffet,abır heya örtüyü.

    Cavab yaz
    • Anonim
      Moterizeye · 13 Avqust 17:01625

      Nənənə oxşayaydın da!

      Cavab yaz
      • Anonim
        :) · 13 Avqust 18:1788

        Çox zeifsen:)))

        Cavab yaz
        • Anonim
          18.17 ye · 14 Avqust 18:32111

          Guclu lazimdir?

          Cavab yaz
  • Anonim
    Kserks · 13 Avqust 15:59427

    Deyesiz basiniz yavas yavas isleyir.

    Cavab yaz
  • Anonim
    yarali ruqeyya · 18 Avqust 21:3201

    men ozum hicabliyam allah hamiya qismet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.