Cəmiyyət

Namazın 3-cü rükətində «Fatihə»ni oxumaq olarmı?

12 Avqust 2017 19:15
1 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik namazların üçüncü və dördüncü rükətlərində ya təklikdə Fatihə surəsi (ikinci surəsiz), ya da təsbihati-ərbəə adlı zikr oxunmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Təsbihati-ərbəə (dörd təsbih) dörd zikrdən ibarətdir: "Sübhan Allahi vəlhəmdü lillahi və la ilahə illəllahu vallahu əkbər". Fatihə və ya təsbihat oxumaq insanın öz istəyinə bağlıdır. Amma təsbihati-ərbəə oxumaq daha böyük savaba malikdir. Üçüncü və dördüncü rükətlərin hər ikisində bunların birini oxumaq vacib deyil. Məsələn, üçüncü rükətdə Fatihə, dördüncü rükətdə isə təsbihat oxumaq olar və ya əksinə. Əlbəttə, həm üçüncü, həm də dördüncü rükətdə təsbihati-ərbəə oxumağın savabı daha böyükdür. Qeyd edək ki, təsbihati-ərbəəni bir dəfə oxumaq kifayətdir, üç dəfə oxumaq müstəhəbdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.