Cəmiyyət

Strasburqda azərbaycanlı öldürüldü

6 Avqust 2017 16:21
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq  qətlə yetirilib.

Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.

Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.