Cəmiyyət

Sabah 40 dərəcə isti olacaq

6 Avqust 2017 12:18
165 Şərh     Baxış: 6 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə,  havanın temperaturunun gecə  23-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  30-40 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,  Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə  21-26°, gündüz  35-40° isti, dağlarda gecə 15-20°, gündüz  28-33° isti olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.