Cəmiyyət

Xristianlar məsciddə mərasim keçirə bilərlər?

6 Avqust 2017 17:50
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənbələrdə belə bir qeyd var ki, Muhəmməd peyğəmbərlə (s. a. v.) görüşməyə gələn 60 nəfərdən ibarət Nəcran xristianları heyəti peyğəmbərin məscidində ibadət ediblər.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, məşhur İslam alimi Muhəmməd Həmidullah İbn Hişamdan götürdüyü məlumatlara əsasən həmin əhvalatı aşağıdakı kimi nəql etmişdir:

"Nəcranlı xristianlar Midraslarının (məktəb və məhkəmə) başçısı və keşişi olan Əbu Harisə ibn Əlqəmə, onun müavini Abdulməsih və karvanbaşı əl-Eyləmin rəhbərliyi ilə 60 nəfərdən ibarət bir heyəti Mədinə şəhərinə göndərdilər. Mənbə (İbn Hişam) bu barədə ətraflı məlumat verir. Belə ki, onların geyimləri və dəvələri Mədinəlilərə yaman təsir etmişdi. Onlar günortadan sonra peyğəmbər məscidində Muhəmməd əleyhissalamın hüzuruna çıxdılar. Sonra özlərinə məxsus ibadətləri yerinə yetirmək istədilər. Peyğəmbər bayıra çıxıb məscidi onların sərəncamına verdi. Onlar da ibadət etdikləri vaxt şərqə tərəf yönəldilər (şərqə üz tutdular)".

Peyğəmbər ibadət etsinlər deyə, məscidini onların ixtiyarına verdiyi üçün bu məsələdə bir problem olmadığını başa düşmək olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.