Cəmiyyət

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb

1 Avqust 2017 20:28
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,22%-dən 2,50%-ə yüksəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.
Yanvar-iyun aylarında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik 14,05% artaraq 12 249 449 nəfərə çatıb. Bu müddətdə Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (1 692 103), Almaniya (1 246 744), Gürcüstan (1 073 271), İran (1 006 481) və Bolqarıstan (799 279) sıralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.