Cəmiyyət

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

28 İyul 2017 20:02
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün fransız jurnalisti və yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Sommer Nikolas Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Milli.Az-a verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura yalnız Azərbaycanda deyil, ümumən postsovet məkanında medianın ilk özünütənzimləmə qurumudur. Onun başlıca missiyası kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.

Qonaqları ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı məlumatlandıran Ə.Amaşov habelə söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə MŞ sədri Azərbaycanda media fəaliyyətinə, eləcə də Mətbuat Şurasının iş prinsiplərinə dair sualları da cavablandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.