Cəmiyyət

Autizmli gənc və uşaqlar üçün yeni idman klubu yaradıldı

26 İyul 2017 17:50
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda autizmli gənc və uşaqlarla bağlı yeni idman klubu yaradılıb.

Milli.Az bildirir ki, "Bakı Autizm İdman və Yaşam Klubu"ndan sonra autizmlilərə dəstək üçün "Autizmlilərin İdman Klubu"  adlı qurum Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Yeni yaranmış klubun təsisçisi Elnur Məmmədlinin sözlərinə görə, klubu yaratmaqda məqsəd bu sferada fəaliyyətlərini genişləndirib, ölkədə autizmlilərə daha çox qayğı və diqqət göstərilməsini təmin etməkdir:

"Autizmlilər üçün əlimizdən gələn köməkliyi edirik və edəcəyik. Bu yolda bizə dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni yaranmış klubun autizmlilərə ən azından kiçik bir uğur qazanmasında yardımçı olacağına inanıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.