Cəmiyyət

"Ay qardaş, mən tələsirəm" - Şəmkirdə reyd zamanı gərgin anlar - VİDEO - FOTO

26 İyul 2017 13:12
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə qanunsuz sərnişin daşıyanlar cərimələnib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, sərnişinlərlə yol polisi arasında yaranan narazılığa sürücünün avtomobilin konstruksiyasına qanunsuz dəyişiklik etməsi və cədvəldən kənar xəttə çıxması səbəb olub.

Vətəndaşlar paytaxta çatmaq üçün tələsikdələrini, yol polisi isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini aşılmağa çalışır.

Reyd zamanı özünü və sərnişinlərin həyatını təhülkəyə ataraq yol polisinin saxla işarəsinə məhəl qoymayanlar da olub. Məcburi qaydada nəqliyyat vasitəsi saxladılan sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Sərnişin: "Ay qardaş, mən tələsirəm, çatmalıyam"

Əli Əliyarov - DANX-nin Gəncə Regional Şöbəsinin rəisi: "Sərnişin daşımada iştirak edən bir neçə mikroavtobus sürücüsünün müvafiq kateqoriyası olmadığı üçün daşınmalardan kənarlaşdırıldı. Yük daşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıraraq sərnişin daşımada istifadə olunduğuda üzə çıxdı. Belə nəqliyyat vasitələri yol patrul xidməti əməkdaşları tərəfindən çərimə meydançalarına yerləşdirildi".

Yol polisi Nəqliyyat müffətişləri ilə qarşıdakı günlərdə də kütləvi reydləri davam etdirəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.