Cəmiyyət

Bakı avtobusu: bir tərəfdə meyvə-tərəvəz çuvalları, bir tərəfdə sərnişinlər - VİDEO

25 İyul 2017 21:24
1 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təsəvvür edin, marşruta minmisiniz, sərnişinlər üçün nəzərdə tutulan oturacaqlara içi dolu çuvallar uzadılıb. Siz də məcbur olub yolu ayaqüstə getməli olursunuz.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər.Çuvallar oturacaqların üzərinə yığıldığından bəzi sərnişinlər yolu ayaqüstə getməyə məcburdurlar. Halbuki avtobus sərnişindaşıma üçün nəzərdə tutulub...
Kadrlar metronun "Neftçilər" stansiyasının çıxışından Hövsana sərnişin daşıyan 103 saylı avtobusda çəkilib. Görüntülərdən aydın olur ki, yalnız sərnişin daşımalı olan avtobusda meyvə-tərəvəz də aparılır
Sürücülər deyirlər ki, sərnişinlər bu yükləri avtobusa məcburi yükləyirlər.
Xəttin dispetçeri Ehtiram Əhədov deyir ki, məsələ barədə məlumatlıdırlar. Eyni halın təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edilib
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən məsələ Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydalara əsasən, sərnişinin avtobusa özü ilə uzunluğu 60 sm, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü mindirmək hüququ var. Üstəlik, oturacaqlar sərnişinlər üçün nəzərdə tutulub. Yəni ora əl yükünü qoymaq olmaz. Ölçüləri və çəkisi göstərilən rəqəmlərdən artıq olan yükləri avtobusa mindirən sərnişinlər haqda sürücünün polisə məlumat vermək hüququ var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.