Cəmiyyət

Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar: VALİDEYNLƏR DİQQƏT - VİDEO

25 İyul 2017 21:14
4 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş prokurorluqdan valideynlərə tövsiyyə var. Azyaşlı uşaqlara qarşı məsuliyyətli olmaq lazımdır. Prokurorluqdan belə bir açıqlamanın verilməsinə səbəb isə son günlər azyaşlı uşaqların nəzarətsiz qalması səbəbindən evyan və ya pəncərələrdən yıxılaraq həlak olması hallarının artmasıdır. Qanunvericiliyə əsasən buna səbəb olan valideynlər cinayət məsuliyyətinədə cəlb edilə və azadlıqdan məhrum edilə bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün öncə Binəqədi rayonunda valideyinin diqqətsizli nəticəsində 3-cu mərtəbədən yıxılan 1 yaşlı uşaq ötən gün dünyasını dəyişib.
2016 cı il təvəllüdlü Rüqqayə Əmənovanın ölümündən sonra onun valideynləri ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertiza təyin edilib.Baş prokurorluq son zamanlar artan uşaq ölümü hallarının qarşısını almaq və ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edib.
Hüquqşünaslar valideyn məsuliyyətsizliyinin hətta valideynin 3 ilə qədər həbsinədə səbəb ola biləcəyini deyir.
Qaununvericiliyə əsasən övladını himayə etməyən və həyatına etinadsız yanaşan valideynlər bu hüquqdan məhrum edilə bilərlər.
Unutmaq lazım deyik ki, uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq məsliyyəti isə ən çox elə onların valideynlərinin üzərinə düşür. Uşaqa nəzarət zamanı edilən kiçik bir diqqətsizlik böyük ailə faciyələrinə səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.