Cəmiyyət

Vərəm və risk altında olanlar

27 İyul 2017 20:55
18 Şərh     Baxış: 11 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəsilə yoluxması nəticəsində meydana çıxır. Xəstənin öskürəyi və asqırması nəticəsində havaya saçılan vərəm çöpləri sağlam adamın orqanizminə düşdükdə həmin zaman xəstəliyin əmələ gəlməsinə səbəb olmur.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, mikroblar xəstələyi törətmək üçün orqanizmin müqavimətinin aşağı düşməsini gözlyirlər. Xəstəliyin ilkin əlamətləri yorğunluq, nəfəs çatmazlığı, arıqlama, quru, sonra isə bəlğəmli öskürəkdir. Vərəm xəstəliyinin əlamətləri ortaya çıxana qədər xəstəlik artıq öz işini görmüş olur.
Xəstəliyə yoluxmaq üçün kimlər risk altındadır?
* 0-5 yaş arası uşaqlar
* 65  yaşdan yuxarı qocalar
* xərçəng xəstələri
* xroniki ürək, böyrək, AİDS xəstələri
* aşağı həyat tərzi yaşayanlar
* immuniteti aşağı olanlar.
Vərəm mikrobları hamının orqanizminə düşə bilər. Onların inkişaf etməsi, orqanizmdə patoloji dəyişikliklərə səbəb olması üçün münbit şərait olmalıdır. Çalışın vərəmin inkişaf etməsi üçün bu şəraiti yaratmayın. Sağlamlığınızın qeydinə qalın!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.