Cəmiyyət

Həzrət Fatimeyi Məsumənin elmi məqamı

27 İyul 2017 20:50
8 Şərh     Baxış: 1 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Məsumə (ə) elm, təqva və əxlaqi fəzilət çeşməsi olan bir nəsildən idi. Xanım böyüyəndə əziz atasını şəhadətə yetirirlər və onun, habelə, digər bacı və qardaşların təlim və tərbiyəsini İmam Rza (ə) öz öhdəsinə götürdü. O Həzrətin diqqəti nəticəsində İmam Kazımın (ə) övladları yüksək məqama çatdılar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Kazımın (ə) övladları arasında İmam Rzadan (ə) sonra Həzrət Məsumə (ə) elm və əxlaq baxımından onların içərisində ən ali məqama sahib idi. Bu həqiqəti Məsum İmamların (ə) onun haqqında dedikləri təriflərdən, ləqəblərdən, adlardan görmək olar. Əgər bu həqiqətə diqqət etsək ki, nəfsin tərbiyəsi ilə İlahi elmlərin və hikmətlərin, ürfani və əxlaqi dərəcələrin bir-biri ilə ayrılmaz əlaqələri vardır, Həzrət Məsumənin (ə) təsvirəgəlməz elmi məqamını dərk etmək olar. Xanım Fatimeyi-Məsumə də Həzrət Zeynəb kimi "Alimə" idi.

Yuxarıda dediklərimizi təsdiq edən bu hədisə diqqət edək. 9-cu əsrin böyük alimi Hilli deyir: "Cümə günü Əhli-beyt (ə) ardıcılları Həzrət Musa ibni Cəfəri (ə) görmək və ona suallar vermək üçün Mədinəyə gedirlər. İmam Kazım (ə) səfərdə olduğu üçün suallarını hələ yaşı az olan Həzrət Məsuməyə (ə) verirlər. O günün sabahısı yenə o Həzrətin evinə gedirlər, ancaq o Həzrət hələ də səfərdən qayıtmamışdı. Onlar sullarını tələb edirlər ki, gələn səfərdə İmama (ə) verə bilsinlər. Ancaq onlar bilmirdilər ki, bu sualların cavabı artıq orada Həzrət Məsumə (ə) tərəfindən qeyd edilmişdi. Cavabları görəndə çox sevindilər və razı halda Mədinədən çıxdılar. Onlar yolda İmam Musa Kazıma (ə) rast gəlirlər və başlarına gələnləri İmama danışırlar. İmam (ə) sualların cavabını mütaliə etdikcə deyirdi: "Atan sənə fəda"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.