Cəmiyyət

Alimin niyyətilə tor atan kişi, nə çıxartdı?

27 İyul 2017 19:50
2 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şeyx Həsən Təbrizi nəql edir: "Nəcəfi-Əşrəfdə cümə günü gəzmək üçün Kufəyə getmişdim. Çayın kənarında addımlayırdım. Bir yerə çatdım ki, uşaqlar balıq tutmaqla məşğul idilər. Nəcəf əhlindən olan bir kişi də orada idi. Suya toru atanda, alim deyir ki, bu dəfə mənim niyyətmlə toru at.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir müddətdən sonra tor hərəkət etməyə başlayır. Kişi onu yuxarı çəkir və görür ki, çox ağırdır. Deyir: "Necə də gözəl bəxtiniz vardır, indiyə qədər bu cür ağır balıq tutmamışam". Toru yuxarı qaldıranda görür ki, bir oğlan uşağıdır. Qərq olan zaman bu tordan yapışmışdır. Kişi fəryad çəkir ki, bu mənim oğlumdur. Oğlunu götürüb həkimə aparır və müalicə edir.
Oğlu özünə gələndən sonra danışır ki, uşaqlarla birlikdə çayın yuxarı tərəfində üzürdük və böyük bir dalğa məni suyun dibinə apardı. Yuxarı qalxa bilmədim və birdən əlimə tor dəydi. Ondan tutub, yuxarı qalxdım.
Alim deyir: "Sübhənallah! O uşağın nicat tapması üçün Allah necə atasının qəlbinə balıq tutmaq üçün ilham etmişdir. O da evindən çıxıb, çayın bu hissəsinə gəlmişdi və oğlunu xilas etmişdi". (Həvzəh)
Allah Təala Öz rəhmətini daim insana nazil edir, sadəcə bəzən insan bu rəhmət nişanələrini görür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.