Cəmiyyət

Səfərdə olan adam vaxtı daxil olduqda...

27 İyul 2017 22:10
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfərdə olan adam vaxtı daxil olduqda günorta namazlarını qəsr, yoxsa Günəş batmamış vətənə çatacağı təqdirdə qayıtdıqdan sonra bütöv qılmalıdır?
 
Şəriət baxımından səfər şərtlərinə cavab verən hallarda gündəlik namazlardan 4 rükətli olanlar qəsrlə, yəni ixtisarla 2 rükət şəklində qılınır. 2 və 3 rükətlik namazlar (yəni sübh və məğrib namazları) isə eyni şəkildə dəyişilmədən yerinə yetirilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, səfərdə olan şəxs gündəlik namazları istəsə qəsrlə qıla bilər, istəsə vaxtı keçməmək şərtilə vətənə qayıtdıqdan sonra bütöv şəkildə qılar. Hansı yolu seçmək öz ixtiyarındadır. Lakin namazları öz vaxtının əvvəlində qılmağın böyük savaba malik olduğunu nəzərə alsaq, namazı səfərdə də olsa vaxtın əvvəlində qılmağın daha yaxşı olduğunu söyləyə bilərik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.