Cəmiyyət

Hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

27 İyul 2017 21:10
10 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müctəhidə təqlid etmədən, ayə və hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

İslam dininin bütün hökmləri, əqidə, şəriət və əxlaq göstərişləri müqəddəs Qurana və sünnəyə əsaslanır. Müctəhidlərimiz də hər hansı fətvanı verərkən ilk növbədə ayələrə və hədislərə müraciət edirlər. Lakin İslam dininin əmr və qadağanlarını, xüsusilə, şəriət hökmlərini düzgün anlamaq, ayırd etmək üçün mütləq müəyyən səviyyədə dini savada və ictihad bacarığına sahib olmaq lazımdır. Milli.Az islam.az-a istinadən bildirir ki, lazımi savadı və ictihad gücü olmayan şəxs ayə və hədisləri oxusa belə, onlara düzgün məna verə bilməz. Çünki bunun üçün ayələrin nazil olma səbəbini, təfsirini, nasix və mənsux, möhkəm və mütəşabih ayələri, hədislərin varid olma şəraitini, sənədlə bağlı olan elmləri, mükəmməl ərəb dili, məntiq və sairə elm sahələrini bilmək zəruridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.