Cəmiyyət

Bakıda partlayış baş verib, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

25 İyul 2017 07:44
0 Şərh     Baxış: 3 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:44

Bu Gecə Bakının Xətai rayonunda partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Səməd bəy Mehmandarov 122-128 ünvanında, istilik xətlərinin keçdiyi ərazidə yaşanıb.
Qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb. Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəkov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar.

01:47

Bakı şəhərində partlayış baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonu, Mehmandarov 122-128 ünvanında baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda partlayış baş verib, xəsarət alanlar var

Bakıda parlayış baş verib

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.