Cəmiyyət

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb - VİDEO - FOTO

23 İyul 2017 21:56
2 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,əvvəlcə "99-LF-265" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn "20-CE-897" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerində olan qum ətrafa dağılıb.
Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilir ki, üçüncü qəza "Lada"nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.
Qəza zamanı "Kamaz"ın sürücüsü, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Cəmil İsrafil oğlu Həsənov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.