Cəmiyyət

Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı

23 İyul 2017 14:26
1 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.
Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.