Cəmiyyət

Sabahın HAVAsı

23 İyul 2017 12:31
179 Şərh     Baxış: 5 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 24-də gözlənilən hava şəraitini açıqlayıb.

Milli.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz  30-34° isti,
Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək.  Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55%  olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
           
 
Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir, intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.