Cəmiyyət

24 il Ağdamsız...

23 İyul 2017 00:14
26 Şərh     Baxış: 3 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən çox insan şəhid olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.