Cəmiyyət

Şabrana istirahətə gedən ailəi qəzaya düşdü: 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb - YENİLƏNİB

22 İyul 2017 19:26
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:26

Gəndab-Yalama yolunda baş vermiş qəza nəticəsində yaralanan şəxslərin adları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza nəticəsində xəsarət alanların bəziləri Siyəzən, bəziləri isə Şabran xəstəxanasına yerləşdiriliblər.

Siyəzən xəstəxanasında olanlar:
1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)
1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)
1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)
Şabran xəstəxanasında olan yaralı:
2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)
Digər yaralıların adları hələ ki, məlum deyil.

17:09

Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu "Mercedes" markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Rayon Mərkəzi Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızına sağ dirsəyin qapalı sınığı, bədənin müxtəlif yerlərində çoxsaylı sıyrıntılar diaqnozu qoyulub.
Xəsarət alan digər şəxslərin adları hələlik məlum deyil.
Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.