Cəmiyyət

Balakəndə orta əsrlərə aid Alban məbədi tapıldı

22 İyul 2017 17:57
1 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunda orta əsrlərə aid Alban məbədi aşkarlanıb.
 
Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif  Məmmədlinin APA-ya verdiyi məlumata görə,  Balakən rayonunun Tülü kəndində "Tülü türbəsi" kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində  bir sıra mühüm tarixi faktlar ortaya çıxıb. Qeyd olunub ki, uzun illər kiçik bir türbə kimi qeydiyyata alınan və qorunan bu abidənin ətrafında aparılan araşdırmaların nəticələr bunu deməyə əsas verir. Təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində burada ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkar edilib.  Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində  tədqiq edilməsi nəzərdə tutulub. 
 
Qeyd olunub ki, 26 tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan 100-dən çox abidə və tikili var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.