Psixolojiya elminə görə hipnoz təlqinə əsaslanan süni yuxu və ya yuxu ilə yanlışlıq arası bir prosesdir. İnsanı bu prosesə hipnozçular salır. Hipnozçular qarşısındakı adamı elə bir hala gətirirlər ki, onlar hipnoz altına düşürlər. Bu isə o deməkdir ki, hipnoz edən şəxsin hər dediyini hipnoz altında olan adam həyata keçirir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu hipnoz edən adamın qarşısındakına etdiyi psixoloji təsirin nəticəsində baş verir. Bəzən elə adamlar da olur ki, onlar hipnoza inanmırlar. Amma əngüclü, iradəsi möhkəm adamı belə hipnoz altına salmaq mümükün olur.
İnsanı 2 üsulla hipnoz altına almaq olur:
1. Maqnetik yol - Bu zaman hipnotik yuxu əldə edilir. Bu üsul ən uzunmüddətli və zərərsiz üsul sayılır. Maqnetik üsulla hipnoz zamanı hipnoz altında olan adama təlqin tətbiq olunmur.
2. Müxtəlif texnikaların köməyi ilə.
Hipnoz altında olan adam yalan danışa bilməz, o hipnoz altında olan zaman öz vicdanının əksinə hərəkət edə bilməz.
Hipnozun naşı və təcrübəsiz adamlar tərəfindən həyata keçirmək olmaz. Çünki bu, çox təhlükəli hadisələrin baş verməsinə səıbəb ola bilər.
Hipnozun dərinlik dərəcəsinə görə 3 növü var:
1. Özünətəlqin, inanclıq halı.
Hipnozun bu növünün əsas xüsusiyyəti hipnoz olunan adamın hipnoz edən şəxsə şüursuzca tabe olmasıdır.
2. Katalepsiya, donmuş hal.
Bu zaman hipnoz altında olan adamın gözləri yarıyumulu vəziyyətdə qalır, əzələləri isə uzun müddət sabit halda dayanır, sanki donub. Bu zaman daxili orqanlarda heç bir dəyişiklik baş vermir, orqanların fəaliyyəti buraxıldığı mövqedə dayanır.
3. Somnambülizm, yuxugəzmə halı.
Bu zaman hipnoz edən şəxs hipnoz altında olan adamı şüurlu surətdə istədiyi istiqamətə aparır. Bu hal təbii yuxugəzmə halına bənzəyir. Sadəcə olaraq yuxuda gəzməni, süni surətdə hipnozçular yaradırlar. Bu zaman adam hipnozdan ayıldıqda nə elədiyini xatırlamır.
Hipnoz altında olan adamın bəzən qeyri-adi qabiliyyətlərinin də meydana çıxması mümkündür.
Hipnoz peşəkar həkim, psixoloq və psixiatrlar tərəfindən həyata keçirildikdə heç bir təhlükə gözlənilmir. Belə ki, hipnoz yuxusundan ayılma çətin bir prosesdir. Naşı bir adam tərəfindən hipnoz altına düşüb və ayıla bilməmək psixi narahatçılıqlara səbəb ola bilir.
Hipnozdan pis vərdişlərdən uzaqlaşmaq, fobiyalardan xilas olmaq, yuxu pozğuntuları, cinsi və psixi pozulmalar zamanı istifadə olunur. Müalicə hipnoterapistlər tərəfindən aparılır.
Milli.Az
Cəmiyyət
Hipnoz nədir?
25 İyul 2017 19:55
0 Şərh
Baxış: 936
DİGƏR XƏBƏRLƏR
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
- "Tarqovu"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
- Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
- "Qədr gecəsi peyğəmbərin dövründə bitdi"
- Bakıda mənzildən meyit tapıldı
- Bu avtomobillərlə taksi işləmək qadağan olundu
XƏBƏR LENTİ
- Bu bina memarlığı ilə heyran edir: 2243 mənzildə 10 min insan necə yaşayır?
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
- "Ailə qurmaq eşqiylə yalan vədlərə inanan..." - FOTO
- Bu ölkədən Ukraynaya yeni hərbi yardım
- "Tarqovu"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
- Rusiyada sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Aprelin 1-dən
- Türkiyədə 38 terrorçu zərərsizləşdirildi
- Bişkekdə fövqəladə vəziyyət elan edildi
- “Spartak”ın sabiq futbolçusu: “Azərbaycan millisi öz komandamızdır”
- “Paşinyanın bu planı iflasa uğrayacaq”
- İstanbulda uşaq böyük yanğına səbəb oldu
- Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
- “Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalandı
- Məşhur futbolçu ölümdən döndü - VİDEO
- Nazirlik taksilərlə bağlı tələblərə aydınlıq gətirdi
- Sabah bu rayonda qaz olmayacaq
- Zenfira Zeynəbə meydan oxudu: "Onu səsimlə udaram" - VİDEO
- Mingəçevirdə yataqxana binasında yanğın - VİDEO
- "Qədr gecəsi peyğəmbərin dövründə bitdi"
- Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
- 7-8 il əzab verdiyi arvadı gözünü itirib...
- Mətanət: “Jiquli"də gəlməyim obyekt sahibinin...”
- Nə Paşinyan, nə də erməni müxalifəti bölgədə sülhün olmasını istəmir – Rufiz Hafizoğlu
- Məşhur ingilis futbolçu vəfat etdi - FOTO