Cəmiyyət

Haqla batil arasında 4 barmaq fasiləsi

25 İyul 2017 21:40
1 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əxlaq alimlərinin nəzərinə görə, töhməti eşidən insan dörd haldan qeyrisində qərar tutmaz:

1. Eşidən bilir ki, bu söz - töhmətdir.
2. Eşidən bilmir ki, bu söz - töhmət və ya böhtandır.
3. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa qeybət.
4. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa böhtandır, yoxsa qeybətdir.
O zaman ki, insan eşitdiyi xəbərin töhmət olduğunu bilir - qarşı tərəfə qarşı bədgümanlar bəsləməyə başlayır. Yəni, eşidən insan bilir ki, danışan şəxs öz güman və ehtimalları üzərindən danışır və müttəhim etdiyi şəxs haqqında məlumatı yanlışdır. Bu agahığı sayəsində bədbinliyi özündən uzaqlaşdıra bilər və töhməti qarşı tərəfin yanlış nəticələr çıxartması hesab edər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ikinci halda şəxsin dedikləri, töhmət ilə böhtan arasında şübhəli qalır. Əgər töhmətdirsə, o zaman tərəflərdən birinə sadəcə ehtimal kimi yanaşılmışdır. O biri tərəf isə qarşı tərəfi yanlış ittihamlar etmişdir. Ona görə də eşidən insan bəd gümanı özündən asanlıqla uzaqlaşdıra bilər.
Əgər eşidən insan eşitdiyi sözün töhmət və ya qeybət olduğunu bilmirsə, tərəflərdən biri bu xəbəri gümanları üzərindən dediyinə görə, onu rədd edə bilər.
Dördüncü ehtimalda da o cür. Hər dörd hal eşidənə öz təsirlərini qoyar.
İmam Əli (ə) buyurur: "Ey insanlar! Əgər din qardaşınızı elə tanıyırsınız ki, dində möhkəmdir, dindar insandır, rəftarı və əməlləri dini yolunda qərar tutur, onun haqqında orada və burada deyilən sözlərə qulaq asmayın. Həqiqətən də kimsə ox atar və oxu xataya düşər. Kəlmələrinin kökü olmaz. Dedikləri yanlış olar və aradan gedər.
Allah eşidən və şahiddir. Ayıq olun, həqiqətən haqla batil arasında dörd barmaqdan artıq fasilə yoxdur".
Bu sözün mənasını soruşanda, Həzrət (ə) mübarək barmaqlarını cəm edir, gözü ilə qulağı arasında qoyur. Sonra buyurur: "Batil odur ki, deyəsən eşitmişəm. Haqq odur ki, deyəsən görmüşəm". (Tebyan)
Ona görə də o xəbərlər ki, ehtimal və güman üzərindən deyilər - o xəbərlər yanlış hesab olunur və kökü yoxdur. İstər töhmət olsun, istər böhtan, istərsə də qeybət.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.